Məhkəmə qərarları › İş №3(010)-209/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-209/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-209/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə İnzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, tibbi zərurətlə əlaqədar, təcili tibbi yardım avtomobilini qarşılamaq üçün öz avtomobili ilə xx xxxxxx 2021-ci ildə evdən çıxmış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 10-cu dairədə, yəni yaşadığı ünvanın tam yaxınlığında saat 17-də polis əməkdaşı onu saxlayaraq “SMS” icazəsinin olmadığını aşkar etmiş və barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Həmin protokol əsasında 400 manat miqdarında cərimə edilib. İnzibati xəta haqqında protokolu və qərarı qanunsuz hesab edir. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə qismən təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E- Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, X3 xx xxxxxx 2021ci ildə inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi X3 barəsində tənbeh tətbiq edərkən İXM-nin yuxarıda göstərilən tələblərini, həmçinin xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətinin yaxşı olmadığını tam nəzərə almamışdır. Məhkəmə hesab edir ki, X2 200 manat miqdarında cərimə təyin olunmaqla tənbehin qanunla müəyyən edilmiş məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 135.1.5-ci maddəsinə əsasən «tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilərək, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təyin edilmiş 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh 200 (iki yüz) manata endirilsin. xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar