Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-209/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X13 Bölməsinin İTQ-nun baş inspektoru X4 və zərərçəkmiş hüquqi şəxs X9 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1993-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, barəsində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X13 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 yanvar 2022-ci tarixdə axşam saatlarında tanışları Xəlil və Səyyar adlı şəxslərlə bir qrup şəxs halında X9 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Qum Ada”sında yerləşən ərazidə şirkətə məxsus olan əlvan metalı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs X9 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 93 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs, X8 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barələrində cinayət işi başlanması rədd edilərək, Şəxs, X8 və X2 əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada ölçü götürülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Buna görə də Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X13 Bölməsinin İTQ-nun baş inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Xəlil ona təklif etdi ki, axşam hava qaralandan sonra Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan ərazidə yerləşən neft şirkətinin ərazisindən əlvan metal oğurlasınlar.O, Xəlilin bu fikrinə etiraz etməmiş və oğurluğa getmək istədiyini bildirmişdir. Bundan sonra Xəlildən onlarla birlikdə başqa kimin gedəcəyini soruşduqda Xəlil ona bildirmişdir ki, Səyyar da onlarla birlikdə gedəcəkdir. Həmin gün saat 20 radələrində Səyyar idarə etdiyi qırmızı rəngli «Vaz 2104» markalı avtomaşınla Xəlilin vətəqəsinə gəldi. Həmin vaxt Səyyar avtomaşından 1 ədəd kamuflaj bel çantası və 1 ədəd qara rəngli çanta götürüb qayığa yerləşdirdi. O, Səyyar və Xəlil sonuncuya məxsus «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıqdan istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan əraziyə gəliblər. Xəlil qayığı adanın yaxınlığında yerləşən köhnə dağılmış estekadanın yaxınlığında sahildə saxladıqdan sonra o və Səyyar qayıqdan düşüb həmin ərazidə içərisində motorlar olan ağ rəngli konteynerlərin yanına gəliblər. Həmin vaxt onlar qayıqdan Xəlilin gətirdiyi çantaları da özlər ilə götürüblər. Həmin çantaların içərisində müxtəlif ölçülü vint və bolt açan açarlar, iki ədəd uzadıcı naqil, 1 ədəd əl fənəri, 1 ədəd zəncirli dartma kran, 1 ədəd metal qayçı və sair alət və ləvazimatlar olmuşdur. Onlar Səyyarla birlikdə həmin konteynerlərin yanına gəldikdən sonra Səyyar elektrik cərəyanı çəkmək üçün yaxınlıqdakı işıq dirəyinə baxmağa getdi. Bir neçə dəqiqə keçdikdən sonra orada olan mühafizəçilərdən biri Səyyarı görüb onu səsləyərək kim olmasını soruşdu. Səyyar əvvəl yerə oturdu sonra ayağa qalxıb qaçaraq onun yanına gəlib mühafizəçilərin onu gördüyünü bildirdi. Onlar mühafizəçilərin Səyyarın qaçdığını görüb artıq onların yanına gəlməyəcəklərini düşünüblər. Lakin bir neçə dəqiqə keçdikdən sonra müfahizəçilərin avtomaşınla onlara tərəf gəldiklərini görüb konteynerlərin arasında gizləniblər. Həmin vaxt mühafizəçilər telefon işığı ilə onları axtarmağa başladılar. Onlardan biri ona yaxınlaşıqda o, gizləndiyi yerdən çıxıb dənizə tərəf qaçmağa başlamışdır. Mühafizəçi qışqıraraq ondan dayanmağını tələb etsə də, o, dayanmamışdır. O, sahilə çatan kimi suya girib köhnə estekadanın arxasında gizlənmişdir. Bundan sonra mühafizəçilər sahilə gəldikdə Xəlilin qayığını görüb qayığa tərəf getdikdə Xəlil də onlara yaxınlaşdı. Həmin vaxt Xəlil mühafizəçilərdən onu buraxsın dedikdə mühafizəçilər qayığı tutub saxladılar. Xəlil yerdən götürdüyü daşları mühafizəçilərə tərəf atdıqdan sonra sonuncular Xəilin qayığını buraxdılar. Həmin vaxt Xəlil qayığa minib mühərriki işə saldı və ona tərəf gəlməyə başladı. O, Xəlilin adının bilinməməsi üçün ona «Nicat məni də götür» deyə müraciət etmişdir. Xəlil estekadanın yaxınlığında onu qayığa mindirdikdən sonra onlar onun vətəqəsinə gəldilər. Bu zaman Səyyarın maşını orada olsada, lakin Səyyar orada yox idi. Sahilə çıxdıqdan sonra onlar öz yaşadıqları evə gediblər. Həmin gün evdən çıxmamışdır. Ertəsi gün yəni, 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Xəlilin vətəqəsinə gəldikdə Səyyarın maşınının hələ də orada olduğunu görmüşdür, Xəlildən Səyyarı soruşduqda xəbərsiz olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə orada olduqdan sonra yaşadığı evə getmişdir. Həmin gün axşam saat 20 radələrində yenidən Xəlilin vətəqəsinə gəldikdə yenə də Səyyarın maşınının orada olmasını görmüşdür. Həmin vaxt Xəlil ona bildirmişdir ki, Səyyar evdədir. O, Xəlildən Səyyarın maşını nə üçün aparmadığını soruşduqda o bildirmişdir ki, maşının açarı və Səyyarın telefonu digər alət və ləvazimatlar Qum adasında qalmış, Səyyar onları götürə bilməməmişdir. Bundan sonra o, yenə də oradan çıxıb evə getmişdir. 18 yanvar 2022-ci il tarixdə evdən çıxmamışdır. 19 yanvar 2022-ci il tarixdə yaşadığı evə polis əməkdaşları gəlib onu polis bölməsinə apardılar. Orada olarkən o, baş vermiş hadisə barədə polis əməkdaşlarına ətraflı məlumat vermişdir.Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X13 Bölməsinin İTQ-nun baş inspektoru X6 məhkəmədə göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Suraxanı rayonunda yerləşən X11 Şirkətinin prezidenti X16 NPİ-nin Zığ Limanında XPB-nə müraciət edərək bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə şirkətinin inzibati ərazisinə daxil olmuş naməlum şəxslər şirkəti və inzibati ərazini mühafizə edən xidmətin əməkdaşları tərəfindən müşahidə edildikləri üçün taxta qayığa minərək oradan uzaqlaşmışlar. Sonradan əraziyə baxış keçirilərkən həmin şəxslərə məxsus alət və ləvazimatlar aşkar edilərək götürülmüş nəticədə qarət hadisəsi zamanı şirkətə ziyan dəymişdir.Qeyd olunan fakt Zığ limanında XPB-nin ‘Törədilmiş və hazırlanan cinayətlər barədə əlumatların qeydiyyat kitabı”nda HK-1/01 nömrə ilə qeydiyyata alınaraq ilkin araşdırma aparılması Su NPİ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevə həvalə olunmuşdur.Araşdırma zamanı Şəxs, X8 və X2 əməllərində AR CM-nin 177.2.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək icraatın AR İXM-nin 227-ci maddəsi ilə davam etdirilməsi üçün İTQ-yə verilmişdir.Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanı törədən şəxslərdən birinin Şəxs olduğu müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş hüquqi şəxs X9 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X5 bildirdi ki, artıq dəfələrlə anoloji oğurluq hadisələri baş verib. Dəymiş zərər ödənilib, lakin şirkət rəhbəri şikayətçidir. X1 qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən, saat 14:25dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-209/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-209/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver