Məhkəmə qərarları › İş №3(010)-2097/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2097/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2097/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, 50 saylı avtobusun sürücüsü işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 yanvar 2025-ci il tarixdə saat 13 radələrində idarə etdiyi 50 saylı marşrut xətti üzrə "Daevvo" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "Şir" heykəlin yaxınlığında saatda təxminən 40 km/sat sürətlə hərəkət etdiyi zaman avtobusda əyləc sistemində nasazlıq yarandığından idarəetməni itirmiş və idarə etdiyi avtobus dayanmış vəziyyətdə olan "Hyundai Elantra” markalı avtomobil ilə toqquşmuş və avtobus sağa istiqamətlənərək sağ istiqamətdə səkinin yaxınlığında dayanmış vəziyyətdə olan "Toyota Corolİa" "X10" və "Mazda CX-7" markalı avtomobillər ilə toqquşmuş və hərəkətə davam etmiş, hərəkətdə olduğu zaman anidən avtobusda sərnişin qismində olan bir qadın özünü yerə atmış və digər avtomobillər ilətoqquşmamaq məqsədi ilə avtobusu sağ hərəkət istiqamətində yerləşən torpaq sahəsinə istiqamətləndirmiş və idarə etdiyi avtobus səkiyə dəyərək dayanmışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 342.2.1-ci maddələri ilə və "xxxx" Trans MMC-nin məsul şəxslərinin Azərbaycan Respublikası İXM-nin 326-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilərək izahat verib bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi 50 saylı marşrut xətti üzrə "Daevvo" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında saatda təxminən 40 km/saat sürətlə hərəkət etdiyi zaman avtobusda əyləc sistemində nasazlıq yarandığından idarəetməni itirmiş və idarə etdiyi avtobus dayanmış vəziyyətdə olan "Hyundai Elantra” markalı avtomobil ilə toqquşmuş və avtobus sağa istiqamətlənərək sağ istiqamətdə səkinin yaxınlığında dayanmış vəziyyətdə olan "Toyota Corolİa" "X10" və "Mazda CX-7" markalı avtomobillər ilə toqquşmuş və hərəkətə davam etmiş, hərəkətdə olduğu zaman anidən avtobusda sərnişin qismində olan bir qadın özünü yerə atmış və digər avtomobillər ilə-toqquşmamaq məqsədi ilə avtobusu sağ hərəkət istiqamətində yerləşən torpaq sahəsinə istiqamətləndirmiş və idarə etdiyi avtobus səkiyə dəyərək dayanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində özü xəsarət almamışdır. Yolnəqliyyat hadisəsi zamanı baş verən gün avtobus texniki baxışdan keçirilmiş, saz vəziyyətdə təhvil almış, hadisə baş verən zaman avtobusun qapıları bağlı vəziyyətdə olmuş, lakin avtomobillər ilə toqquşduğu zaman ötürücü qutuda nasazlıq yarandığından arxa qapı avtomatik olaraq açılmışdır. Avtobusu idarə etmək üçün bütün lazımi sənədləri qaydasında olmuşdur. Hadisə zamanı idarə etdiyi avtobus texniki cəhətdən nasaz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Bildirmişdir ki, hadisə nəticəsində iki nəfər yüngül dərəcəli bədən xəsarətləri almış, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Sonda Şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, məhkəməyə poçt vasitəsi ilə ərizə göndərmişlər. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək bildirmişdir ki, Şəxs ilə barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. İşləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ərizəsinin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək bildirmişdir ki, Şəxs ilə barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. İşləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ərizəsinin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan X1 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi "Toyota Prius" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat təxminən 13 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında saatda təxminən 20 km/saat sürətlə hərəkət etdiyi zaman anidən 50 saylı avtobus idarəetməni itirərək ilkin olaraq "Hyundai Elantra" markalı avtomobil ilə toqquşmuş, zərbə təsirindən "Hyundai Elantra" markalı avtomobil idarə etdiyi hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan X6 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi "Hyundai Elantra" markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilini saat təxminən 13 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında sağ istiqamətdə yerləşən səkinin yaxınlığında saxlamış və anidən güclü zərbə hiss etmişdir. Həmin zərbənin təsirindən idarə etdiyi avtomobil sola istiqamətlənmiş və həmin yolda hərəkət edən "Toyota Prius" markalı avtomobilə dəyərək dayanmışdır. Avtomobildən çıxdığı zaman ona məlum olmuşdur ki, 50 saylı avtobus onun avtomobili ilə birlikdə cəmi 4 avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan X4 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi "X10" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat təxminən 13 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında sağ istiqamətdə yerləşən səkinin yaxınlığında saxlamışdır. Təxminən 5 saat sonra dükanda olduğu zaman pəncərədən bir avtobusun bir neçə avtomobillər ilə toqquşmasının şahidi olmuşdur. Dükandan çıxdığı zaman onun avtomobili də qəzalı vəziyyətə düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, 50 saylı avtobus onun avtomobil ilə birlikdə cəmi 4 avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan X2 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi "Mazda CX-7" markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilini saat təxminən 13 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir heykəlin yaxınlığında sağ istiqamətdə yerləşən səkinin yaxınlığında saxlamışdır. Təxminən 3 saat sonra dükanda olduğu zaman pəncərədən bir avtobusun bir neçə avtomobillər ilə toqquşmasının şahidi olmuşdur. Dükkandan çıxdığı zaman onun avtomobili də qəzalı vəziyyətə düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, 50 saylı avtobus onun avtomobil ilə də daxil olmaqla cəmi 4 avtomobil ilə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi "Toyota Corolla" markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında onun telefonuna zəng gəldiyi üçün sağ istiqamətdə yerləşən səkinin yaxınlığında saxlamışdır. Həmin zaman o, sürücü qismində, oğlu Arif isə sərnişin qismində əyləşdikləri zaman anidən güclü zərbə hiss etmişlər. Avtomobildən çıxdıqları zaman ona məlum olmuşdur ki, 50 saylı avtobus onun avtomobil ilə də daxil olmaqla 4 avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində atasının idarə etdiyi "Toyota Corolla" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Şir" heykəlin yaxınlığında atasının telefonuna zəng gəldiyi üçün atası sağ istiqamətdə yerləşən səkinin yaxınlığında saxlamışdır. Həmin zaman sürücü atası o, isə ön oturacaqda sərnişin qismində əyləşdikləri zaman anidən güclü zərbə hiss etmişlər. Avtomobildən çıxdığı zaman ona məlum olmuşdur ki, 50 saylı avtobus onların avtomobili ilə də daxil olmaqla 4 avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 30 yanvar 2025-ci il tarixli 74 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 badən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sağ baldırın şişkinliyi və qançırı, hemartroz və oynaqda hərəkət məhdudluğu ilə müşayət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 30 yanvar 2025-ci il tarixli 75 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Alın nahiyəsinin hematoması və sıyrıqları, sağ baldırın sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 21 aprel 2025-ci il tarixli rəyindən görünür ki, sürücü Əliyev X7 markalı ** TG *** nömrəli avtobusun tormoz sistemi və avtobusun arxa qapı sistemi hadisədən əvvəl nasaz vəziyyətdə istismar etmiş və sürücünün həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Tədqiq olunan şəraitdə sürücü Şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Plenum qərarında həmçinin qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkətlə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Hüquq nəzəriyyəsində inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur: iki və ya daha artıq müstəqil tərkibli inzibati xətanın törədilməsi; inzibati xətaların eyni şəxs tərəfindən eyni və ya müxtəlif vaxtlarda törədilməsi; iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması; törədilən inzibati xətaların hər birinə görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməməsi; şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olması. Plenum Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Plenum Qərarına əsasən eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkət ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qeyd olunmalıdır ki, İXM-nin 43-cü maddəsində 327.8-ci maddəsi ilə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmiş, İXM-nin 342.2.1-ci maddəsi üzrə işlərə baxılması müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası DİN-nə aid edilmişdir. Ona görə də məhkəmə yalnız İXM-nin 327.8-ci maddəsi üzrə işə baxmalı və qərar qəbul etməli, digər maddə üzrə qərarın qəbul edilməsi DİN-nin Suraxanı RPİ-nin DYPŞ-nə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 2/5342 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, iş materiallarında olan zərərçəkmiş şəxslərin izahatları, məhkəmə tibbi ekspertizaların rəyləri, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası rəyi, yol nəqliyyat hadisəsi sxemi, inzibati xəta haqqında protokol, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, 50 saylı avtobusun sürücüsü işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar