Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-21/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi X1 iştirakı ilə, X3, 01 iyun 1995-ci ildə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5ZHYXUE, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 6 nömrəli evin 54 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, Həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yolnəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla N.İ.Cəlilli Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. 18 dekabr 2020-ci il tarixdə X3 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yolnəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 3(010)-21/2021 nömrəli qərarı ilə X3 şikayəti təmin edilməmiş, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. X3 şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 3(103)-554/2021 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 3(010)-21/2021 nömrəli qərarı ləğv edilmiş və şikayət material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmilşdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 3(011)-1490/2021 nömrəli qərardadı ilə X3 şikayəti baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, 06 dekabr 2020-ci il tarixdə Babək prospekti “Mala Praqa” restoranının qarşısında o, idarə etdiyi “Renault” markalı, ** RT *** dövlət qeydiyyat nişanıı avtomobillə hərəkətdə olarkən, digər yol hərəkəti iştirakçısı, “Hyundai” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısına çıxaraq dönmə əməliyyatı qadağan olunan istiqamətə dönərkən qəza hadisəsi törətmişdir. Həmin yol ayrıcında hərəkət üstünlüyü N.İ.Cəlilliyə məxsus olmuş və toqquşduğu avtomaşın onu gözləmədən yoluna çıxmış və nəticədə də qəza baş vermişdir. Hadisə yerinə Bakı şəhəhər X12 əməkdaşı və qarşı tərəfin sığortaçısı gəlmiş və hadisə yerinə nəzəri baxış keçirilmişdir. Hadisə ilə bağlı hər ikisinin izahatlarını dinlədikdən sonra təhqiqatçı şifahi olaraq günahkar qarşı tərəfin olduğunu bildirmişdir. Həmin vaxt qarşı tərəfin sürücüsü də baş vermiş qəzada günahkar olduğunu və zolağı dəyişdirərkən ümumi vəziyyəti nəzərə almadığını bildirmişdir. Hadisədən sonra o, X13 İdarəsində izahat vermiş və ona qəbul ediləcək qərar barədə məlumat veriləcəyi bildirilmişdir. Həmin vaxt dəymiş ziyanı sığortadan almaq üçün ona lazım olan sənədləri də tələb etmiş, lakin təhqiqatçı qarşı tərəfin sürücüsü barədə inzibati tənbeh barədə qərar qəbul edildikdən sonra həmin sənədlərin verəcəyini demişdir. 14 dekabr 2020- ci il tarixdə ona SMS gəlmiş və həmin SMS-də onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi göstərilmişdir. Həmin SMS aldıqda şoka düşmüş və bunun bir səhv olduğunu düşünmüşdür. Dərhal təhqiqatçı ilə əlaqə saxlamış, təhqiqatçı isə ona qarşı tərəfin sürücüsünün idarə etdiyi avtomaşınla ara məsafəsi saxlamadığına görə inzibati xəta törətdiyini bildirmişdir. Təhqiqatçıya öz etirazını bildirmiş, qarşı tərəfin sürücüsünün onunla eyni yolda hərəkətdə olmadığını, yol hərəkəti qaydalarını pozaraq hərəkət zolağını dəyişdirərkən ümumi vəziyyəti nəzərə almadığını və bunun nəticəsində qəza baş verdiyini, bütün bunların hadisə yerində təhqiqatçının özünün də gördüyünü bildirsə də, təhqiqatçı dediklərinə məhəl qoymamışdır. Bu səbəbdən hesab edir ki, onun baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri olmadığı üçün, barəsində qəbul edilmiş ləğv edilməli və barəsində olan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yerdəyişmə zamanı eyni özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Lakin qarşı tərəfin sürücüsü Qanunun bu tələbini pozmuş, ondan soldan yerləşən zolaqla hərəkətdə olan zaman, qəflətən, sağda hərəkət edən (mənim) nəqliyyat vasitəsinə yol vermədən manevr etmiş və nəticədə qəza baş vermişdir. X9 təhqiqatçısı isə həmin vəziyyəti onun, qarşıda gedən nəqilyyat vasitəsi ilə ara məsafəsi saxlamaması kimi qiymətləndirmiş və bununla da heç bir əsas olmadan onun inzibati xəta törətməsi qərarına gəlmişdir. Halbuki baş verən hadisədə təqsirli şəxs qarşı tərəfin sürücüsü idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddənin 3-cü bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Göründüyü kimi qanunun tələbinə əsasən sürücü eyni zolaqda hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamalıdır. Başqa zolaqda hərəkət edən nəqilyyat vasitəsi ilə hər hansı ara məsafəsi saxlamaq qanunla nəzərdə tutulmamışdır. Belə ara məsafənin saxlamasına ehtiyac belə yoxdur. Beləliklə X9 təhqiqatçısı yolnəqliyyat hadisəsinin baş verməsinə əsas olmuş halları düzgün qiymətləndirmədiyinə görə, eyni zamanda baş vermiş hadisə onun deyil, qarşı tərəfin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəbindən baş verdiyindən, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və hadisə ilə bağlı inzibati xəta haqqında protokol qarşı tərəfin sürücüsü barəsində tərtib edilməlidir. Azərbaycan Respublikası İXMnın 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilən Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. N.İ.Cəlilli təhqiqat orqanının gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsində onun deyil, qarşı tərəfin təqsiri olduğunu nəzərə alaraq barəsində Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 X4, N.İ.Cəlillinin şikayətinin məzmunun uyğun izahat verərək, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından isə müəyyən edilir ki, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X2 inzibati xəta haqqında iş üzrə 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı N.İ.Cəlillinin iştirakı olmadan qəbul edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, 06 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar elə həmin tarixdə qəbul edilsə də, lakin yol-nəqliyyat hadisəsi ilə bağlı sonuncunun izahatı 07 dekabr 2020-ci il tarixdə, yəni X3 barəsində inzibati tənbeh vermə haqqında 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı qəbul etdikdən 01 gün sonra alınmışdır. Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları var. Bununla da, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar aparılmş inzibati araşdırma zamanı N.İ.Cəlillinin iştirakı təmin edilmədiyindən faktiki olaraq onun Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Bundan başqa, şikayətə məhkəmə iclasında baxıldığı zaman müəyyən olunmuşdur ki, N.İ.Cəlillinin barəsində 06 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlamış və elə həmin gün də inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan N.İ.Cəlilli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 346, 346-1.2 – 346-1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X12 İdarəsinin rəisi, onun müavinləri, Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X12 İdarəsinin rəisi, ərazi polis orqanlarının X12 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X12 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X12 qruplarının rəhbərləri baxırlar. Göründüyü kimi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan N.İ.Cəlillinin barəsində tərtib etdiyi 06 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələblərinə zidd olaraq N.İ.Cəlillinin barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, həm N.İ.Cəlillinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, həm də inzibati xəta haqqında iş üzrə 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsi inspektoru X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-21/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-21/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver