Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-210/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X3 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, vaxtilə şəxsiyyət vəsiqəsinin nömrəsi AZE09826664 olub. Sonradan şəxsiyyət vəsiqəsini dəyişmiş və ona xx xxx 2020-ci ildə AA1989418 nömrəli yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Pandemiya dövründə həmişə köhnə şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yaşayış yerini tərk etməyə icazə alıb. Belə ki, əvvəllər bir dəfə yeni şəxsiyyət vəsiqəsinin nömrəsi ilə icazə almaq istəmiş, lakin, görünür, sistem problemi ilə əlaqədar ona icazə verilməmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 9:25 radələrində də köhnə şəxsiyyət vəsiqəsinin nömrəsini SMS vasitəsilə 8103 nömrəsinə göndərməklə yaşayış yerini tərk etməyə icazə almış, sonra yaşadığı ünvan 1 mənzil 21 ünvanını zəruri ərzaq məhsullarını almaq üçün tərk etmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində polis əməkdaşı tərəfindən saxlanılaraq SMS icazəsi yoxlanmışdır. Bu zaman polis əməkdaşına vəziyyəti izah etməyə çalışmış, lakin nəticəsi olmamışdır. Beləliklə, icazənin yeni şəxsyyət vəsiqəsi ilə verilmədiyi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol yazılmış və xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və ədalətsiz sayır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 09:25-də 8103 nömrəsindən aşağıdakı məzmunlu məlumat gəlmişdir: «2 aze09826664 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz». Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin xx xxxxxx 2021-ci il tarixli 018-1709-1221 nömrəli məktubunun məzmunundan görünür ki, X3 xx xxxxxx 2012-ci ildə AZE09826664 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin şəxsiyyət vəsiqəsinin əvəzinə ona xx xxx 2020-ci ildə AA1989418 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Göstərilən hər iki şəxsiyyət vəsiqəsinin surəti işə əlavə olunub. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, yuxarıda göstərilən nömrələr altında olan hər iki şəxsiyyət vəsiqəsi eyni şəxsə – X2 aiddir. Bu isə son nəticədə belə qənaətə gəlməyə əsas verir ki, X1 xx xxxxxx 2021-ci ildə saat 09.25-dən saat 12.25-də yaşayış yerini tərk etmək icazəsi olub. Ona görə də X3 həmin vaxt kəsiyində yaşayış yerini tərk etməsinə görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməzdi. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-210/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-210/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver