Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-210/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X4 və zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 yanvar 2022-ci tarixdə axşam saatlarında tanışları Xəlil və Həsənqulu adlı şəxslərlə bir qrup şəxs halında X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Qum Ada”sında yerləşən ərazidə şirkətə məxsus olan əlvan metalı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 93 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevin 27 yanvar 2022-ci il tarixli qərarı ilə X3, X9 və Şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barələrində cinayət işi başlanması rədd edilərək, X3, X9 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada ölçü götürülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Buna görə də Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan ərazidə yerləşən neft şirkətinin ərazisindən tullantı metal toplamaq qərarına gəlmişdir. Həmin əraziyə onu aparması üçün tanışı X8 müraciət etmişdir ki, onu öz qayığı ilə həmin əraziyə aparsın. Həmin vaxt Xəlilə bildirmişdir ki, topladığı metalın satışından əldə edilmiş puldan ona da, verəcəkdir. Xəlil etiraz etmədikden sonra həmin gün axşam saat 20 radələrində o, Xəlilin vətəqəsinə gəlmişdir. Metal toplamaq üçün ona məxsus alət və ləvazimatları yığdığı çantaları Xəlilin qayığına yığdıqdan sonra o, Həsənqulu və Xəlil sonuncunun idarə etdiyi qayıqla Baki şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan əraziyə gəldilər. Xəlil qayığı sahildə saxladıqdan sonra o, Həsənqulu ilə birlikdə həmin ərazidə olan metal konstruksiyalı konteynerlərin yanına getmişdir. O, matal toplamaq üçün həmin əraziyə işıq çəkmək üçün yaxınlıqda olan işıq dirəyinə yaxınlaşmışdır. Həmin vaxt qarşı tərəfdə olan köşkdəki mühafizəçi onu görüb səslədi və kim olduğunu soruşduqda o, aşağı əyilmişdir. Lakin mühafizəçinin ona tərəf gəlmək istəməsini hiss edib ayağa durub konteynerlərin arasında qaçıb gizlənmişdir. Həmin vaxt orada olan Həsənquluya da gizlənməsini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra təxminən 3 nəfər mühafizəçi onların istiqamətlərinə gələrək telefon işığında onları axtarmağa başladılar. Həmin vaxt Həsənqulu ilə rastlaşdılar və bunu görən Həsənqulu dəniz istiqamətində qaçmağa başladı. Lakin o, səsini çıxarmadan gizləndiyi yerdə dayanıb gozləmişdir. Mühafizəçilər isə Həsənqulunun arxası ile dəniz istiqamətində getdiler. Təxminən 10 dəqiqə keçdikdən sonra o, qayıq mühərrikinin səsini eşitdi və getdikcə səs uzaqlaşmağa başladı. Təxminən 1 saat gözlədiyi yerdən çıxmamış və sonradan ordan çıxdıqda nə mühafizəçiləri, nə Xəlili, nə də Həsənqulunu görməmişdir. Başa düşmüşdür ki, onların hamısı çıxıb gediblər. O, oradan çıxıb getmək istəyərkən ona məxsus alət və ləvazimatlar olan çantaları götürmək istədikdə həmin ləvazimatıları qoyduğu yerdə tapa bilməmişdir. Başa düşmüşdür ki, mühafizəçilər həmin çantaları aşkar edib götürüblər. Bundan sonra piyada dəniz kənarı ilə yaşadığı evə gəlmişdir. Həmin gün yaşadığı evdən çıxmamışdır. 17 yanvar 2022-ci il tarixdə Xəlilin vətəqəsinə gələrək və ona məxsus avtomaşını ehtiyyat açarla işə salıb yaşadığı evə qayıtmışdır. 18 yanvar 2022-ci il tarixdə onu polis əməkdaşlarının axtardığını bildikdən sonra Su NPl-nin Zığ Limanında XPB-nə gəlmişdir və polis əməkdaşlarına baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X7 məhkəmədə göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Suraxanı rayonunda yerləşən X12 Şirkətinin prezidenti X17 NPİ-nin Zığ Limanında XPB-nə müraciət edərək bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə şirkətinin inzibati ərazisinə daxil olmuş naməlum şəxslər şirkəti və inzibati ərazini mühafizə edən xidmətin əməkdaşları tərəfindən müşahidə edildikləri üçün taxta qayığa minərək oradan uzaqlaşmışlar. Sonradan əraziyə baxış keçirilərkən həmin şəxslərə məxsus alət və ləvazimatlar aşkar edilərək götürülmüş nəticədə qarət hadisəsi zamanı şirkətə ziyan dəymişdir.Qeyd olunan fakt Zığ limanında XPB-nin ‘Törədilmiş və hazırlanan cinayətlər barədə əlumatların qeydiyyat kitabı”nda HK-1/01 nömrə ilə qeydiyyata alınaraq ilkin araşdırma aparılması Su NPİ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevə həvalə olunmuşdur.Araşdırma zamanı X3, X9 və Şəxs əməllərində AR CM-nin 177.2.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək icraatın AR İXM-nin 227-ci maddəsi ilə davam etdirilməsi üçün İTQ-yə verilmişdir.Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanı törədən şəxslərdən birinin Şəxs olduğu müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X5 bildirdi ki, artıq dəfələrlə anoloji oğurluq hadisələri baş verib. Dəymiş zərər ödənilib, lakin şirkət rəhbəri şikayətçidir. X1 qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən, saat 14:30dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-210/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-210/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver