Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2102/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin nümayəndələri X1 və X2 iştirakı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin mülkiyyətində olan "VAZ 2123L Chevrolet Niva” minik markalı 90FH626 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 16 mart 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyi əsas götürülərək barəsində Suraxanı Rayon DYPŞ tərəfindən 25 aprel 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin nümayəndələri X4 və X5 işin məhkəmə baxışı zamanı bildirmişlər ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən 16 aprel 2021-ci ildə Suraxanı rayon DYPŞ-nə minik avtomobilləri haqqında məlumatı rəsmi təqdim edilmişdir. Həmin “xidməti minik avtomobillər” haqqında məlumatda “VAZ 2123L Chevrolet Niva” minik markalı 90FH626 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin Babayev İlqar olduğu göstərilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin əməlində İXM-nin 347-ci maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. İş materiallarına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən Suraxanı rayon DYPŞ-nə 16 aprel 2021-ci ildə ünvanlanmış məlumat əlavə edilib. Məlumat “Orxan Rzayev” adlı şəxs tərəfindən rəsmi qəbul edilmişdir. Həmin məktubda “Chevrolet Niva” minik markalı 90FH626 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edən şəxsin Babayev İlqar olduğu qeyd edilmişdir. Belə olan halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin təqsiri sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-2102/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2102/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver