Məhkəmə qərarları › İş №3(010)-2105/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2105/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2105/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, "xxxx" MMC-nin (VÖEN: **********, hüquqi ünvanı: ünvan 1baycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 15 may 2023-cü il tarixdə saat 16:15-də ünvan 3nda yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş, fəaliyyət (kardioloji, nevropatoloji) və sertifikasiya şəhadətnaməsi olmadan tibbi fəaliyyəti aşkarlanmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli, 332 nömrəli planlı yoxlama aktı ilə təsdiq edilir. "xxxx" MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, göstərilən nöqsanlarla razıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, inzibati xəta hadisəsi olsa da, sənədləşdirmə işləri prosessual qaydalara uyğun olaraq aparılmamışdır. Belə ki, hadisənin baş verdiyi ünvan ünvan 2da yerləşən “Sağlam Həyat” klinikasıdır, lakin inzibati xəta haqqında protokol “Stomatoloji” klinikasının yerləşdiyi ünvan ünvan 3 göstərilmişdir. Həmin “Stomatoloji” klinikasında araşdırma aparılarkən sənədlərin tam qaydasında olması müəyyən edilmişdir. Həmçinin prosessual qaydalara əsasən yoxlama aparılmamışdan 5 gün qabaq bildiriş təqdim edilməsi nəzərdə tutulsa da, ona rəsmi bildiriş həmin gün, yəni yoxlama aparılan gün təqdim edilmiş və bu barədə o, həmin tarixdə bildirişə imza etmişdir. Əgər bildiriş ona 5 gün qabaq çatdırılsa idi, o, bütün sənədləri qaydasına sala bilərdi. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi X5 "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC barəsində olan sənədləşdirmə işləri proses qaydalarına uyğun olaraq aparılmış, hüquqi şəxsin ünvanına bildiriş 5 gün qalmış göndərilsə də, bildiriş ünvana çatdırılmayaraq “bu ünvanda belə bir yer yoxdur” qeydi ilə geri qaytarılmışdır. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 24, 21 və 22 saylı mənzillər "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məxsusdur. Belə ki, iş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 538 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs ünvan 2da planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 332 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, keçirilmiş planlı yoxlama nəticəsində ünvan 3nda yerləşən Şəxs lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti həyata keçirildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ1089, ünvan 4 ev 24, mənzil 22 ünvanıdır, qanuni təmsilçisi X3r. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə inzibati xəta törədən şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək 6.000 (altı min) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar