Məhkəmə qərarları › İş №3(010)-211/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-211/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-211/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx.xx.1988-ci il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 yanvar 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxslə polis əməkdaşlarının mübahisə etdiyini görüb onlara yaxınlaşaraq, mübahisəni sakitləşdirmək istəmişdir. Lakin Polis əməkdaşları hadisə yerinə əlavə polis əməkdaşları dəvət etdilər və onu digər iki şəxslə birlikdə Polis Bölməsinə apardılar. O, 30 yanvar 2022-ci il tarixdə ictimai qaydanı pozmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq Polis bölməsinə getmişdir. Göstərilənlərə əsasən inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə bildirdi ki, 30 yanvar 2022-ci il tarixdə, gecə saatlarında PPX əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları onları sakitləşdirib qanuna dəvət etməklərinə baxmayaraq onlar polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmişlər. Polis əməkdaşları hər iki şəxsi polis bölməsinə dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişlər. Polis əməkdaşları onları məcburi qaydada avtopatrula əyləşdirərək polis bölməsinə aparmaq istəyən zaman kənardan tanımadıqları bir şəxs polis əməkdaşlarının işinə maneçilik törədərək onlara nalayiq ifadələr işlətmiş və mübahisə edən iki şəxsi polis bölməsinə aparmaqlarına imkan verməyəcəyini bildirmişdir. Polis əməkdaşları hər 3 şəxsi polis bölməsinə gətirmiş, bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edildikdən sonra izahatı alınmış və sonra barəsində inzibati protokol tərtib olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. Şəxs polis bölməsinə gətirilən zaman üzərində xəsarətlər var idi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 7-ci Patrul Bölüyünün polis nəfərləri Hüseynov Vüsal, Məmmədov Raqib və Abbasov Ruslan tərəfindən tərtib edilmiş 30 yanvar 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları onları sakitləşdirib qanuna dəvət etməklərinə baxmayaraq onlar polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmişlər. Polis əməkdaşları hər iki şəxsi polis bölməsinə dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişlər. Polis əməkdaşları onları məcburi qaydada avtopatrula əyləşdirərək polis bölməsinə aparmaq istəyən zaman kənardan tanımadıqları bir şəxs polis əməkdaşlarının işinə maneçilik törədərək onlara nalayiq ifadələr işlətmiş və mübahisə edən iki şəxsi polis bölməsinə aparmaqlarına imkan verməyəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən hər 3 şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmişdir. İş materialarına əlavə edilmiş Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində verdiyi yazılı izahatından görünür ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-cu Polis Bölməsinin əməkdaşlarının təklifi ilə şöbəyə gəlmiş və orada izahatı alınmışdır. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxslə polis əməkdaşlarının mübahisə etdiyini görüb onlara yaxınlaşaraq, mübahisəni sakitləşdirmək istədiyinə görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunduğu, orada izahatı alındıqdan sonra barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxslə polis əməkdaşlarının mübahisə etdiyini görüb onlara yaxınlaşaraq, mübahisəni sakitləşdirmək istədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar