Məhkəmə qərarları › İş №3(010)-212/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-212/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-212/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 yanvar 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə gecə saatlarında dostu Cəfər ilə yeyib içdikdən sonra o, maşından boks əlcəklərini götürüb Cəfərə bəzi fəndləri öyrətmək istəmişdir. Bildirmək istəyir ki, o, özü boks müəllimi kimi işləyir. Bu an polis əməkdaşları ona yaxınlaşaraq iradlarını bildiriblər. O, həmin an içkili olduğu üçün polis əməkdaşlarına özünü təqdim etməmiş və buna görə də, mübahisə yaranmışdır. Polis əməkdaşları hadisə yerinə əlavə polis əməkdaşları dəvət etdilər. Polis əməkdaşları onu döyməyiblər. İçkili olduğu üçün xatırlamır və ayıldığında artıq polis bölməsində idi. Göstərilənlərə əsasən inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə bildirdi ki, 30 yanvar 2022-ci il tarixdə, gecə saatlarında PPX əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları onları sakitləşdirib qanuna dəvət etməklərinə baxmayaraq onlar polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmişlər. Polis əməkdaşları hər iki şəxsi polis bölməsinə dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişlər. Polis əməkdaşları onları məcburi qaydada avtopatrula əyləşdirərək polis bölməsinə aparmaq istəyən zaman kənardan tanımadıqları bir şəxs polis əməkdaşlarının işinə maneçilik törədərək onlara nalayiq ifadələr işlətmiş və mübahisə edən iki şəxsi polis bölməsinə aparmaqlarına imkan verməyəcəyini bildirmişdir. Polis əməkdaşları hər 3 şəxsi polis bölməsinə gətirmiş, bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edildikdən sonra izahatı alınmış və sonra barəsində inzibati protokol tərtib olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. Şəxs polis bölməsinə gətirilən zaman üzərində xəsarətlər var idi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 7-ci Patrul Bölüyünün polis nəfərləri Hüseynov Vüsal, Məmmədov Raqib və Abbasov Ruslan tərəfindən tərtib edilmiş 30 yanvar 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə 30 yanvar 2022-ci il tarixdə, gecə saatlarında PPX əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Turş su restoranının qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları onları sakitləşdirib qanuna dəvət etməklərinə baxmayaraq onlar polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmişlər. Polis əməkdaşları hər iki şəxsi polis bölməsinə dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişlər. Polis əməkdaşları onları məcburi qaydada avtopatrula əyləşdirərək polis bölməsinə aparmaq istəyən zaman kənardan tanımadıqları bir şəxs polis əməkdaşlarının işinə maneçilik törədərək onlara nalayiq ifadələr işlətmiş və mübahisə edən iki şəxsi polis bölməsinə aparmaqlarına imkan verməyəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən hər 3 şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar