Məhkəmə qərarları › İş №3(010)-2124/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2124/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2124/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 11 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən 11 aprel 2024-cü ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 izahatında bildirmişdir ki, 01 aprel 2024-cü il tarixində ona məxsus “Chevrolet Cruze” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zığ şossesi ilə (beton yol) üzü şəhər istiqamətinə hərəkətdə olarkən X4 avtomobil idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz C 20” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə və digər qaydaları pozaraq ona məxsus avtomobil ilə toqquşmuş və nəticədə avtomobilinə ciddi zərər vurulmuşdur. Lakin YPX əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq barəsində 01 aprel 2024 tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş, o, etiraz və narazıçılığını bildirsə də sonradan 11 aprel 2024-cü il tarixdə onun İXM-nin 327.1-ci maddəsi ilə təqsirli hesab edərək barəsində inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. 11 aprel 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ona rəsmi olaraq 29 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, məhkəmədə tərəflərin iştirakı ilə video görüntülər tədqiq edilərək, lazım gələrsə müvafiq avtotexniki ekspertiza təyin edilməklə tam hərtərəfli və obyektiv araşdırma aparılaraq İXM-nin 327.1-ci maddəsi ilə təqsirli hesab edərək barəsində inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərar əsassız və qərəzli olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 11 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 şikayətini əsassız olaraq verildiyini qeyd edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin 11 aprel 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 01 aprel 2024-cü il tarixdə, saat 08:25-də “Chevrolet Cruze” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, “yol-nəqliyyat hadisəsinin” sxemi və videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, həqiqətəndə X3 01 aprel 2024-cü il tarixdə saat 08:25-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 11 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslı olduğundan, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 11 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar