Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2127/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, egion Mühəndislik MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə R təqsirləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Region Mühəndislik MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X15 06 noyabr 2023cü il, X16 07 noyabr 2023-cü il, X26 23 noyabr 2023-cü il X9 09 dekabr 2023-cü il, X17 09 dekabr 2023-cü il, X12 09 dekabr 2023-cü il, X19 10 dekabr 2023-cü il, X13 10 dekabr 2023-cü il və X18 10 dekabr 2023-cü il tarixindən 26 dekabr 2023-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə gətirilməsinə cəlb edilmişdirlər. Nəticədə Region MühəndislikMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt toplanmış materiallar ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsini təqdim edərək izahatında bildirmişdir ki, MMC-nin müvafiq şəxslərlə heç bir əmək münasibəti olmamışdır. Belə ki, qeyd olunan şəxslər işin həcminə baxdıqdan sonra muzd məbləği üzrə razılaşma olmadığından sözvdələşmə baş tutmamışdır. İnzibati orqan qeyd olunan ərazilərə işçi olmayan şəxslərində səyahət edə biləcəyini nəzərə almadan mənbəyi məlum olmayan məlumatlara əsasən protokol tərtib etmişdir. İnzibati orqan tərəfindən təqdim olunan sübutlar əsassız və qanunsuz hesab etmişdir. Odur ki, inzibati xəta hadisəsi olmadığı, inzibati xəta tərkibi olmadığı və Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin təqsirsizlik prezumpsiyası nəzərə alınmaqla MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk olaraq qeyd etmişdir ki, qeyd olunan hal üzrə protokolların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəkilində tərtib olunmasını nəzərdə tutur. Lakin inzibati orqan yuxarıda qeyd olunanlara əlavə olaraq protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 127-4.1.-ci bəndinin tələbləri pozaraq elektron qaydada tərtib etməmişdır. İXM-nin 127-4.1-ci bəndin tələblərində “Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.” qeyd olunur. Ümumiyyətlə yazılmış protokol ilə bağlı MMC-yə hər hansı məlumat daxil olmamış, protokolla bağlı heç bir məlumatları olmamışdır. Protokoldan da göründüyü kimi hansı sənədlərin əlavə olunması barədə qeyd olmadığı kimi MMC-yə göndərilməsi barədə də qeydlər öz əksini tapmamışdır. Bununlada İXM-nin 127-5.1.1-ci və 127-5.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir.” 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Faktı təsdiq edən sübutlar təqdim olunmamışdır. Protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı göstərilməmişdir (təqsirliliyin sübuta yetirilməsində mənbəyi bəlli olmayan sübutlardan istifadə edilmişdir). Müvafiq protokolda hansı məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulduğu qeyd edilməmişdir. Halbuki İXM-nin 127-4.2-ci bəndinin tələblərinə əsasən protokolda “…………... inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı,………………….. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği, bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. İXM-nin 6.1-ci bəndinin “İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.” tələbləri pozulmuşdur. İXM-nin 8.3-cü bəndinin “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinə və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X22 Xidmətinin Bakı Şəhər İdarəsinin əmək müfəttişi X14 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi və S.Qalayeva məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X22 Xidmətinin Bakı Şəhər İdarəsinin əmək müfəttişi X20 ümumiyyətlə məhkəmə iclasına gəlməkdən imtina etmişdir. Məhkəmənin 15 may 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X1 Region Mühəndislik MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış sübutlarla bağlı tam məlumatsız olduğunu bildirərək Region Mühəndislik MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, Region Mühəndislik MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (101.1). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (101.2). Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan48 saatadəkmüddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, inzibati xəta haqqında protokolun tərtib olunma əsasları yalnız işçilərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” göstərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işçilər X5, X6, X21, X2, X7, X3, X10, X4 və X8 Region Mühəndislik MMC ilə hər hansı bir əmək münasibətinin yaranması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçilərin MMC ilə hər hansı əmək münasibətinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa X15, X16, X26, X9, X17, X12, X19, X13 və X18 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən də görünür ki, Region Mühəndislik MMC ilə onların arasında rəsmi və faktiki olaraq heç bir əmək münasibətləri olmamış, ifadələrini imzaları ilə təsdiq etmişlər. Bu hal onu təsdiq edir ki, Region MühəndislikMMC ilə işçilərin arasında əvvəlcədən iş görəcəkləri barədə razılıq olsa da, sonradan aralarında razılıq baş tutmadığından hər hansı bir əmək münasibətinin yaranmasından söhbət gedə bilməz. Göründüyü kimi əməldə inzibati xətanın tərkibinin yaranması üçün Region Mühəndislik MMC-nin hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda Region Mühəndislik MMC-nin hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belələliklə, məhkəmə hesab edir ki, Region Mühəndislik MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Region MühəndislikMMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 105, 326.2 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2127/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2127/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver