Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2133/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və etibarnamə üzrə nümayəndəsi X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X12, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan X7 2015-ci il tarixdən 2020-ci il tarixədək, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən isə 2020-ci il tarixdən 2022-ci ilin mart ayınadək xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuroru X9 01 iyun 2022-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 07 iyun 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X20 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 01 iyun 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərar qəbul edilmiş və həmin qərar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Altun” istirahət Mərkəzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Asif Əsədullazadə tərəfindən xadimə kimi işə cəlb edilmişdir. Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfindən qəbul edilmiş həmin qərarda “A.R & KO Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas X1 polis əməkdaşları barədə şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi və fakt üzrə araşdırmanın davam etdirilməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməsi barədə 14 mart 2022-ci il tarixdə müstəntiq Elvin Qııliy tərəfindən qəbul edilmiş qərar göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərarı qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bakı şəhəri Suraxanı rayon Prokurorunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında üzrə icraatın başlanması barədə qərarı 14 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən qəbul edildiyinə və prokurorun həmin qərarında da buna istinad edildiyinə görə belə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 mart 2022-ci il tarixdən 03 ay müddət keçdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, müstəntiq Elvin Quliyevin icraatında olan X1 şikayəti üzrə aparılmış araşdırma "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olmasa da müstəntiqin mülahizəsinə əsasən araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsinin tərkibinin olması müəyyən edildiyinə görə prokuror tərəfindən 01 iyun 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. Bu baxımdan belə hesab edir ki, əgər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması müəyyən edilsə idi belə, bu zaman onun inzibati məsuliyyətdən azad etmə müddətinin əvvəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin inzibati xətam törətdiyi gündən hesablanmalı idi. İş materiallarından da görünür ki, X4 “A.R & KO" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan işləməsinə istinad edilməsi 2021-ci ilin yay aylarına təsadüf edir. Bir sözlə hətta X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan işləməsi sübuta yetirilsə idi belə, bu zaman inzibati məsuliyyətdən azad etmə müddətinin əvvəli 2021-ci ilin yay aylarından hesablanmalı idi. Əlavə olaraq bildirir ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan işləməsini təsdiq edən hər hansı bir mötəbər sübut olmadığına görə onun barəsində inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X6 qeyd olunanları nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və etibarnamə üzrə nümayəndəsi X14 vəkil X12 izahatının məzmuna uyğun izahat verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X15 məhkəmədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini, vəkilini və inzibati xəta haqqında iş üzrə icraat başlamış Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisini dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan binanın icarəyə verilməsi haqqında 15 sentyabr 2016-cı il tarixli müqavilədən görünür ki, icarəyəverən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə icarəyəgötürən X16 arasında 10 (on) il müddətinə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsi, Günəşli küçəsi, 13 N ünvanında yerləşən özəl obyektin əsas binası X10 icarəyə verilmişdir. Müqavilə notarial qaydada təsdiq olunmamışdır. İş materiallarında olan 01 avqust 2020-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, işə götürən ”Altun” istirahət mərkəzində sahibkar olan X16 ilə X13 arasında bağlanmış müqaviləyə əsasən X13 ”Altun” istirahət mərkəzində otaqların təmizliyi, yataq dəstlərinin və dəsmalların yuyulması üçün, aylıq 300 (üç yüz) manat əmək haqqı qarşılığında xadimə və paltaryuyan vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X17 “materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 14 mart 2022-ci il tarixli qərarından görünür ki, X1 əmlakının polis əməkdaşları tərəfindən ələ keçirilməsi faktı öz təsdiqini tapmadığından həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, fakt üzrə araşdırmanın davam etdirilməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi və X4 “Altun” istirahət mərkəzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair prokuror qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan X4 Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna verdiyi 10 mart 2022-ci il tarixli izahatından müəyyən olunur ki, X13 2015-ci ildən “Altun” istirahət mərkəzində xadimə işləyir. “Altun” istirahət mərkəzinin direktoru X11r. İş materiallarında olan X8 Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna verdiyi 13 mart 2022-ci il tarixli izahatından müəyyən olunur ki, X13 7-8 ildir “Altun” istirahət mərkəzində xadimə işləyir. X13 ilə əmək müqaviləsi bağlansa da, əmək müqaviləsinin bildirişi yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuroru X9 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, X13 ünvan 3 ünvanında yerləşən, X14 tərəfindən təsis edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Altun” istirahət mərkəzində 2015-ci ildən xadimə vəzifəsində işləsə də, X13 ilə “Altun” istirahət mərkəzi arasında əmək müqaviləsi 01 avqust 2020-ci il tarixdə bağlanmış, habelə əmək müqaviləsinin bildirişi və əmək müqaviləsi müvafiq elektron informasiya sistemində qeydiyyata alınmamışdır. Bununla da X13 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndində əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X13 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuroru X19 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fiziki şəxsin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Çünki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada X7 2015-ci il tarixdən başlayaraq 01 avqust 2020-ci il tarixədək əmək müqaviləsi bağlamadan, 01 avqust 2020-ci il tarixdən 2022-ci ilin mart ayınadək isə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da “uzanan hüquqpozuntusu” olmaqla Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutullmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İnzibati xəta haqqında iş materiallarından həmçinin müəyyən olunur ki, əmək qanunvericiliyinə dair tələblərin pozulması növündə davam edən inzibati xəta hadisəsi, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı 10 mart 2022-ci il tarixdə aşkar edilmiş, 14 mart 2022-ci il tarixdə X4 “Altun” istirahət mərkəzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair prokuror qarşısında vəsatət qaldırılması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X22 tərəfindən qərar qəbul edilmiş və 01 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuroru X19 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraat materialları 07 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın aşkara çıxarıldığı vaxtdan 02 ay 28 gün sonra, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən isə 02 ay 24 gün sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman inzibati xətanın aşkara çıxarıldığı vaxtdan artıq 03 ay 10 gün, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən isə 03 ay 06 gün keçmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsində hazırda məhkəmədə baxıldığı vaxt "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2133/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2133/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver