Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2135/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs X3 adına kitab çap edəcəyi adı ilə 50 manat pul alaraq aldatmışdır. Bundan başqa Şəxs X2 adına kitab çap edəcəyi adı ilə 100 manat pul alaraq aldatmışdır. Bu barədə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin sahə rəisi, polis mayoru Bərzu Həşimov tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(010)- 2134/2024 saylı və 3(010)-2135/2024 saylı materiallar bir icraatda birləşdirilməli və 3(010)- 2134/2024 saylı iş kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsindən daxil olmuş 3(010)-2135/2024 saylı və 3(010)-2134/2024 saylı materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(010)-2134/2024 saylı nömrə verilsin.
Məhkəmə qərarları › İş №3(010)-2135/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2135/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver