Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2142/2024 04.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1963-cü il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində 04 may 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir (İXM 206). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin polis sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Şəxs narkotik vasitədən istifadə etmiş, bu barədə müvafiq ekspert rəyi verilmişdir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi faktı eyni zamanda onun özü tərəfindən də etiraf edilmişdir. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, işin halları inzibati xəta haqqında iş üzrə icraat materiallarında öz əksini tapmışdır. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Xəstəxanaya aparılmasının səbəbi yeməkdən zəhərlənməsi olsa da, həkimlər onun ağır psixotrop maddədən zəhərlənməsi faktını müəyyən etmişlər. O da məhz 10-15 gün əvvəl “anaşa” adlı psixotrop maddədən istifadə etmişdir. Əvvəllər də məhkum olunmuş və narkotik aludəçisi olmuşdur. O, narkotik vasitələri 41 il fasilələrlə istifadə etmişdir. Hazırda “vərəm” və “astma” xəstəliklərindən də əziyyət çəkir. Qeyd olunan xəstəliklərlə bağlı müalicə də almışdır və müalicə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs İXM-in 206-cı mаddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Rəşad Həsənzadənin raportundan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin 21 saylı TTYS-dən həkim Vəlibəyovun məlumatı Suraxanı RPİ-nin 32-ci PByə daxil olmuş və “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 448 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2024-cü il tarixdən icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində 21 saylı TTYS-dən həkim Vəlibəyov məlumat verərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 24-də yaşayan xx.xx.1963-cü il təvəllüdlü Şəxs kəskin psixotrop maddədən zəhərlənməsi ilə müraciət etməsi barədə məlumat vermişdir. Qeyd edilən şəxsi narkoloji mərkəzdə müayinədən keçirmişdir. Araşdırma zamanı xx.xx.2024-cü il tarixli narkotik-sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş və müayinəyə əsasən sidiyindən THC (+) aşkar olunması göstərilmişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2898 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Onda Kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu mövcuddur. Şəxs narkotik vasitələrə qarşı patoloji meyl formalaşmışdır və onda narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmuşdur. Belə ki, həmin maddəyə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müəyyən edərkən onun narkotik vasitənin yalnız istehlakında təqsirli bilindiyini, buna baxmayaraq ekspert rəyinə əsasən heç bir narkoloji xəstəliyinin olmadığını, həmçinin onun yaşını və səhhətini, özünün də qəbul etdiyi kimi fasilələrlə narkotik maddə istifadə etmə halının olduğunu nəzərə alaraq, Şəxs təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində inzibati cərimə edilməsi nəticəsinə gəlir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı mаddəsi ilə təqsirli bilinib, bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2142/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2142/2024
04.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver