Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2149/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 oğlunun iştirakı ilə, Şəxs xx.xx.1968-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 may 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1056/2023 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, keçən müddət ərzində Şəxs kompensasiya məbləğinin tam ödənilməsi tələb olunmuşdur, borclu izahatında işsiz və maddi vəziyyətinin zəif olduğundan kompensasiya məbləğini tam ödəyə bilməyəcəyini, yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Hazırda borclu tərəfindən 1200 manat ödənilib, axırıcını dəfə protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra hər ay mütəmadi olaraq 200 manat məbləğində ödəniş etdityini, hal-hazırda ödənilməli olan məbləğin 4050 manat olduğunu, qarşı tərəfin isə borcu tam tələb etdiyini bildirdiyini, buna görə də, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, işsiz və maddi vəziyyəti zəif olduğundan borcunu tam ödəyə bilməyəcəyini, mütəmadi olaraq 23 noyabr 2023-cü il tarixli məhkəmə iclasından sonra hər ay mütəmadi olaraq 200 manat ödəniş etdiyini, hazırda bu ayda ödəniş üçün pulu icra məmuruna vermək istəsə də icra məmuru tərəfindən barəsində protokol tərtib edilərək məhkəməyə gətirildiyindən həmin pulu qəbul etdmədiyini və onun barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında, Şəxs borcun hissə-hissə yox, tam olaraq ödənilməsini tələb etdiyini, borclunun mütəmadi ödəniş etmədiyini, ondan tələb etdiyi zaman və məhkəməyə gətirildiyi üçün ödənişlər etdiyini, borclunun borcunu ödəmədiyi təqdirdə həbs olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(010)-1056/2023 nömrəli qətnaməsi ilə Şəxs 5250 (beş min iki yüz əlli) manatı məbləğində Kompensasiya tutularaq X3 ödənilməklə, X2 ünvan 1 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payı Şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 06 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)- 1056/2023 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(010)-1056/2023 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X1 xeyrinə hər ay mütəmadi olaraq 200 manat ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(010)-1056/2023 nömrəli qətnaməsinə dair 23 avqust 2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxsnun əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxsnun əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2149/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2149/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver