Məhkəmə qərarları › İş №3(010)-215/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-215/2020

28.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-215/2020 28.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Abdullayev X6 və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsinin nümayəndəsi X5 iştirakı ilə Şəxs, Bakı şəhəri, Nizami rayonu, X14 küçəsi, ev 2524/2, mənzil 6 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə, 10:37-də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan-Suraxanı yolunun kənarında Şəxs tərəfindən müvafiq icazə olmadan, ayrıca dayaqlı reklam qurğusunun üzərində reklam daşıyıcısının yerləşdirildiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Abdullayev X8 məhkəmə iclasında göstərdi ki, Şəxsnə məxsus qaraj Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun sol tərəfi ünvanında, yoldan 300 metr içəri məsafədə yerləşdiyindən sürücülərin qarajın istiqamətini təyin edə bilmələri üçün ayrıca dayağın üzərinə məlumat xarakterli lövhə yerləşdirilmişdir. Həmin lövhə reklam məqsədilə deyil, sadəcə sürücülərə qarajın yerini tapmaq üçün məlumat məqsədilə vurulmuşdur. Yoxlama aparan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin əməkdaşları həmin lövhənin reklam daşıyıcısı olduğunu bildirdikdə sözügedən lövhə dərhal demontaj olunmuşdur. Sonda Abdullayev X8 qeyd etdiklərini nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X7 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan-Suraxanı yolunun kənarında Şəxs tərəfindən müvafiq icazə olmadan, ayrıca dayaqlı reklam qurğusunun üzərində reklam daşıyıcısının yerləşdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsinin nümayəndəsini dinələyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol kənarında, yəni açıq məkanda Şəxs tərəfindən ayrıca dayaqlı reklam qurğusunun üzərində “Tır Parkı və s.” sözlərdən ibarət reklam daşıyıcısı yerləşdirmişdir. İş materialalrında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, Rİ-1/01-03/115 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı X12 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud massivi, Zığ şossesinin kənarında Şəxs tərəfindən müvafiq məlumat verilmədən ayrıca dayaqlı reklam qurğusunun quraşdırıldığı və müvafiq icazə olmadan reklam yerləşdirildiyi müəyyən edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-1-ci və 26.2-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2019cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2.2-ci bəndinin tələbləri poulduğuna görə Şəxsndən Bakı X12ni məlumatlandırmadan quraşdırılmış reklam qurğusuna görə 2 iş günü ərzində “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2.2ci bəndinə uyğun tədbirlər görülməsi və ya reklam qurğusunun sökülməsinin təmin edilməsi, həmçinin, reklam qurğusunun üzərində müvafiq icazə olmadan yerləşdirilmiş reklamlara görə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun tədbirlər görülməsi və ya reklamın yayımlanmasının dayandırılması tələb edilmişdir. Qeyd olunan göstərişlər yerinə yetirilmədikdə, reklam qurğusuna münasibətdə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 3.5-ci və 3.7-ci bəndlərinə uyğun, reklamlara münasibətdə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5.2-ci bəndinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcəyi barədə Şəxsnə xəbərdarlıq edilmişdir. İş materialalrında olan Şəxs xx xxxxxx 2020-ci il tarixli, 01/20 nömrəli məktubdan görünür ki, Şəxs direktoru Yaşar Hüseynov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, Rİ-1/01-03/115 nömrəli məktubuna cavab olaraq cəmiyyətin qarajının Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı- Hövsan yolunun sol tərəfi ünvanında, yoldan 300 metr içəri məsafədə yerləşdiyindən qarajın istiqamətinin təyin edilməsi məqsədilə reklam lövhəsinin quraşdırıldığını bildirmiş, qeyd edilənlərin nəzərə alınaraq istisna hal kimi reklam lövhəsindən təmənnasız istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxs Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar