Məhkəmə qərarları › İş №3(010)-215/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-215/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-215/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Nəsimi Rayon Polis İdarəsinin 22-cı polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Nəsimi Rayon Polis İdarəsinin 22-cı polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olduğu vaxt tibbi maskasını aşağı salıb su içdiyi vaxt ona polis əməkdaşı yaxınlaşmış və barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Polis əməkdaşlarına vəziyyəti izah etməyə çalışmış, lakin sonuncular onu dinləmədən avtomobilə əyləşdirərək polis orqanına aparmışlar. Polis əməkdaşlarına həmçinin bildirmişdir ki, döyüş bölgəsindən yeni qayıdıb və həmin gün hərbi biletini almaq üçün Sumqayıt şəhərinə getmişdir. SMS icazəsi də olub. Lakin polis əməkdaşları buna da məhəl qoymamış, barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edərək 100 manat cərimə yazmışlar. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Nəsimi Rayon Polis İdarəsinin 22-cı polis şöbəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X2 məhkəməyə 888 nömrəli Hərbi Hissə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş fəxri fərmanı təqdim edib. Həmin fəxri fərmandan görünür ki, X2 “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif olunub. X1 bildirdiklərindən görünür ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskada olmuş və yalnız su içməsi ilə bağlı həmin maskanı aşağı endirmişdir. Bu dəlilin həqiqət həqiqətə uyğun olub-olmadığına dair araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə həmin halın məhkəmə iclasında da araşdırılması mümkün olmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-cı polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-cı polis şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar