Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2157/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Adil Yusubovun iştirakı ilə, Şəxs, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 may 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-5344/2016 nömrəli qətnaməsinə dair xx.xx.2017-ci il tarixli icra sənədini, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(002)-3349/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-cı il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında icra məmuru Adil Yusubov məhkəmədə bildirdi ki, Şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-5344/2016 nömrəli qətnaməsinə dair xx.xx.2017-ci il tarixli icra sənədinin, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(002)-3349/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədinin və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-cı il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını və icra məmurunun tələblərini yerinə yetirmir. Hazırda borclunun 22026 manat məbləğində borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 1300 manat məbləğində pulu tələbkara ödəmiş, bundan sonra da mütəmadi ödənişlər edəcəyini, növbəti ödənişi də iyunun 5-i və yaxud 6-sı ödəyəcəyini bildirərək, protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında, hal-hazırda protokola xitam verilməsinə etiraz etmədiyini, lakin borclunun hər ay mütəmadi olaraq ödəniş etməsini tələb etdiyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-5344/2016 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 08 avqust 2016cı il tarixdən başlayaraq 20 iyun 2008-ci ildə doğulmuş X6 və 30 may 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla iki uşağa görə cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(002)- 3349/2018 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 17 sentyabr 2018-ci il tarixdən başlayaraq 20 iyun 2008-ci ildə doğulmuş X6 və 30 may 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat olmaqla iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 17 sentyabr 2018-ci il tarixdən başlayaraq 20 iyun 2008-ci ildə doğulmuş X6 və 30 may 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 manat olmaqla iki uşağa görə cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 07 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)- 5344/2016 nömrəli qətnaməsinə dair xx.xx.2017-ci il tarixli icra sənədini, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(002)-3349/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-cı il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədini dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-5344/2016 nömrəli qətnaməsinə dair xx.xx.2017-ci il tarixli icra sənədi, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(002)-3349/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədi və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-cı il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X1 xeyrinə 1300 manat ödədiyini və tələbkarın həmin pul vəsaitinin qəbul etdiyini nəzərə alaraq, hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-5344/2016 nömrəli qətnaməsinə dair xx.xx.2017-ci il tarixli icra sənədini, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(002)-3349/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-cı il tarixli, 2(010)-5192/2022 nömrəli qətnaməsinə dair xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2157/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2157/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver