Məhkəmə qərarları › İş №3(010)-2160/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2160/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2160/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X3, Bakı şəhər Təcili və X4 Stansiyasının hüquq məsləhətçisi X2 iştirakı ilə, “Bakı şəhər Təcili və X4 Stansiyası” X7 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Suraxanı rayon prokuroru Rəşid Mahmudov “Bakı şəhər Təcili və X4 Stansiyası” X7 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bakı şəhər Təcili və X4 Stansiyasının hüquq məsləhətçisi X5 məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, “Bakı şəhər Təcili və X4 Stansiyası” X8rşı İXM-nin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq Suraxanı Rayon Məhkəməsinin icraatına verilmişdir. İş Suraxanı Rayon Məhkəməsinin icraatında olsa da, həmin işə hüquqi şəxsin olduğu yerin məhkəməsində, yəni Nəsimi Rayon Məhkəməsində baxılması zəruridir. Sözügedən işin icraatına daxil olduğu məhkəmə ərazi baxımından uzaq olduğu, TTTYS PHŞ-in işdə iştirakı, təmsil edilməsi çətinləşdiyi, qeyd olunanların TTTYS PHŞ üçün hüquqlarının müdafiə edilməsi baxımından əlverişsiz şərait yaradacağı səbəbindən sözügedən inzibati xətalar haqqında iş üzrə icraatla əlaqədar işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, işin aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Suraxanı rayon prokurorunun köməkçisi X6 hadisənin Suraxanı rayonu ərazisində baş verdiyini bildirərək inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsində baxılmasını və vəsatətin rədd edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında materialı və vəsatəti nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası “Tibbi ərazi X1” X12 “Bakı şəhər Təcili və X4 Stansiyası” X7 hüquqi ünvanı kimi “ünvan 1zibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsində deyil, Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən “inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112.4, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. “Bakı şəhər Təcili və X4 Stansiyası” X7 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar