Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2162/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X2, Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X1 iştirakı ilə, Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X1 Azərbaycan Respublikası İXM-nin 602.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon prokuroru Rəşid Mahmudov Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X1 Azərbaycan Respublikası İXM-nin 602.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X3 barəsində xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin rəisi Sərvər Mehdiyev 17 fevral 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə ərizə ilə müraciət edərək 07 fevral 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus kərpic zavoduna baxış keçirilərkən su sayğacının yararsız hala salındığı və su sayğacının filtr hissəsinə diametri 32 mm olan boru ilə qoşularaq sudan qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsini bildirmişdir. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ailəvi yataqxana ünvanında yaşayan X5 07 fevral 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə ərizə ilə müraciət edərək istehsalat rəisi vəzifəsində işlədiyi "xxxx" ASC-yə məxsus zavodun ərazisində yerləşən təsərrüfat otağının qapısının tanıdığı Mehman və digər şəxslər tərəfindən sındırıldığını bildirmişdir. Suraxanı rayon prokurorunun köməkçisi X6 işin məhkəmə baxışı zamanı “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda göstərilənlərə uyğun məzmunlu izahat verərək materialın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X3 bildirmişdir ki, 1990-cu ilin avqust ayından bu günədək Şəxs ASC-nin Suraxanı rayon Sukanal idarəsində işləmişdir. 2021-ci ildən bu günədək Suraxanı rayon Sukanal idarəsində baş mühəndis vəzifəsində işləyir. ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus kərpic, keramzit və hava blokları hazırlanan zavodda su sayğacı quraşdırılmışdır. 2022-ci ilin son aylarından başlayaraq Sukanal idarəsinin aidiyyəti əməkdaşı həmin zavodda quraşdırılmış su sayğacında şübhəli sərfiyyat olduğunu qeyd etdiyindən Sukanal idarəsi tərəfindən həmin zavodun sərfiyyatı nəzarətə götürülmüş, bir neçə ay sərfıyyat göstəricisi müşahidə edilmişdir. 2023-cü ilin fevral ayının 7-də o, zavoda quraşdırılmış su sayğacını yoxlamaq üçün zavodun ərazisinə baxış keçirməyi qərara almış, bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyatdan keçmiş və zavodun ərazisinə o, şöbə müdiri Nihad Rəsulov və mühəndis Elman Vəliyevlə birlikdə baxışa getmişdir. Zavoda yaxınlaşanda o, "xxxx" ASCnin aidiyyəti əməkdaşı Vaqif müəllimə zəng edərək su sayğacına baxış keçirilməsinin zəruri olduğunu bildirmiş və sahibkarın nümayəndəsinin baxışda iştirak etməsini xahiş etmişdir. V.Qənbərov isə ona özünün gələ bilməyəcəyini, lakin zavodun başqa əməkdaşının baxışda iştirak edəcəyini bildirmişdir. Onlar həmin gün saat 10:00-dan 16:00dək gözləmiş, lakin zavodun əməkdaşlarından heç kim baxışda iştirak etmək üçün gəlməmişdir. Zavodun əməkdaşlarının bu hərəkəti onlara daha da şübhəli gəlmiş və onlar məcbur olub Suraxanı RPİ-nin 32-ci PB-nin sahə rəisi Sarvan Mehdiyevə müraciət etmiş, sonuncu da zavodun yerləşdiyi yerə gəlmişdir. Bundan sonra onlar Sarvan Mehdiyevin iştirakı ilə zavodda su sayğacının yerləşdiyi tikiliyə baxış keçirmişlər. Həmin tikilinin qapısı qıfılla bağlanmış vəziyyətdə olmuş, o, yerdə olan dəmir parçası ilə qıfılı sındırmış və tikiliyə daxil olmuşlar. Tikilidə sayğacın qapağının açıldığı və sayğacdan kənar su xəttinin çəkildiyi müəyyən edilmişdir. Həmin sayğacdan kənar su xətti zavodun ərazisinə çəkilmişdir. Onlar su sayğacını videoçəkilişlə qeydə almış və zavoda su verilişini dayandırmışlar. Daha sonra bu barədə akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Zavodun ərazisinə giriş onun göstərişi ilə olmuş, su sayğacının yerləşdiyi tikilinin qıfılı onun tərəfindən sındırılmışdır. Göstərilənlərə əsasən əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X1 əməlində Azərbaycan Respublikası İXM-nin 602.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Suraxanı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X4 Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinə ünvanlandığı məktuba əlavə edilmiş videodiskə baxış keçirmişdir. Həmin görüntülərdən su sayğacı və ona qoşulmuş su xətləri görünür, videoda həmçinin görünür ki, su sayğacına qoşulmadan, əsas su xəttinə əlavə bir xətt çəkilmişdir, videoda üzü görünməyən, lakin səsi eşidilən bir nəfər kişi cinsindən olan şəxs bildirir: “sayğaca gələn xətt əllilik xətdir, sayğacın vintili bağlı vəziyyətdədir, sayğac sökülmüş vəziyyətdədir, sayğaca gələn filtrə əlavə qoşulma halı mövcuddur, qeyri-qanuni sudan istifadə halı aşkar edildi. Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 602.3-cü maddəsinə əsasən, bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X3 Azərbaycan Respublikası İXM-nin 602.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X1 təqsirini səmimi etiraf etməsini ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs ASC-nin Suraxanı rayon Sukanal İdarəsində baş mühəndis vəzifəsində çalışan X3 Azərbaycan Respublikası İXM-nin 602.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namin Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2162/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2162/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver