Məhkəmə qərarları › İş №3(010)-2165/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2165/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2165/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "X15” MMC-nin direktoru Nümayəndə1 iştirakı ilə,, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdən, X2 isə xx.xx.2025-ci il tarixdən protokol tərtib edilən tarixədək, yəni xx.xx.2025-ci il tarixədək işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, X7 xx.xx.2025-ci il tarixdən və X2 xx.xx.2025-ci il tarixdən protokol tərtib edilən vaxtadək Qarabağ və Şərqi Zəngəzur rayonlarında işçi statusu altında icazə alınır,həmin icazə də Şəxs tərəfindən verilir və işəgötürən qismində həmin cəmiyyət göstərilir. Bu barədə protokol qəbul edilmiş və hüquqi şəxslər üzrə baxılması məhkəmənin səlahiyyətində olduğu üçün aidiyyəti üzrə sizə göndərilmişdir. Daha əvvəl bu məsələ ilə bağlı məhkəmə tərəfindən geri qaytarılma qərarı çıxarılıb, qaytarılma səbəbləri aradan qaldırılması üçün aidiyyəti şəxslərə izahatlar göndərilməsi üçün bildirişlər göndərilmiş, lakin hər hansı izahat verilməmişdir. Əmək Müfəttişliyinin məcburi gətirmə kimi hüquqi səlahiyyəti olmadığından həmin şəxslərin izahatını almaq mümkün olmamışdır. Onlara göndərilən portaldan çıxarışdan şəxsin işəgötürən kimi, digərlərinin isə işçi kimi göstərilməsi, icazə alınarkən digər statuslardan yox, işçi statusundan istifadə olunmasına inzibati orqan olaraq reaksiya verməli idilər. Bu çıxarışın olması inzibati protokolun tərtib edilməsində əsas səbəb kimi dayanır. Həmin şəxslərin cəlb edilməsi zəruridirsə, məhkəmə özü həmin şəxsləri cəlb edə bilər. Qərar ilə tanış olmuş, qərar onları qane etməmişdir. Belə ki, ilk dəfə Suraxanı Rayon Məhkəməsindən cərimə cəzası barədə qərar qəbul edilmişdir. Sadəcə 1 proses keçirilib, şahidlərin dindirilməsi yoxdur, yalnız tərəfin onlara ünvanladığı 5-6 cümlədən ibarət məktuba istinad edilərək işçilərin əmək müqaviləsinə xitam verildiyi qəbul edilmiş və cərimə cəzası tətbiq edilmişdir. Vəzifəli şəxsə münasibətdə şahidlərin dindirilməsi həyata keçirilməli və qərar qəbul edilməli idi. Konkret bu işlə bağlı şikayətləri olmamışdır. Hər 3 və ya 6 ayın sonunda məhkəmə işlərini təhlil edirlər, nəticəsindən narazı qaldıqları və ya yenidən baxılmasına zərurət gördükləri işləri aidiyyəti üzrə baxmağa göndərirlər. Hazırda bu iş yeni olduğu üçün belə bir hərəkət edilməyib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "X15” MMC-nin direktoru Nümayəndə1 izahat verərək bildirdi ki, Əmək Müfəttişliyi tərəfindən vəzifəli şəxs olaraq ona və onun rəhbəri olduğu müəssisəyə bildiriş göndərilmişdir. Müəssisə barədə hər hansı məlumat ona daxil olmamış, yalnız vəzifəli şəxs barəsində məlumat daxil olmuşdur. Vəzifəli şəxs olaraq onun həm hüquqi, həm də faktiki yaşayış ünvanı göstərilmiş, lakin bütün sənədlər onun valideynlərinin evinə göndərilmişdir. Bu iş daha əvvəl məhkəmədə olmuş, daha sonra Apellyasiya Məhkəməsində baxılmış, ancaq Əmək Müfəttişliyi tərəfindən heç bir sübut təqdim edilmədiyi üçün işə xitam verilmişdir. Eyni məsələ yenidən onun məxsus olduğu şirkətə görə açılmışdır. O, mahiyyəti üzrə eyni məsələyə də xitam verilməsini xahiş etmişdir. Həmin şəxslərin ikisidə daha əvvəl məhkəməyə gəlmişlər, daha sonra onlardan biri – X4, Apellyasiya Məhkəməsinə gəlməmişdir, Həsənov Elşən gəlmişdir. Onların əmək müqavilələrinə yanvar ayında xitam verilmiş, lakin bayram ərəfəsinə düşdüyü üçün yanvar ayının 16-sı işdən rəsmi çıxarılmışdır. Portal məsələsi ilə bağlı Ağdam bölgəsində 1200 nəfərdən artıq işçiləri işləyir, Ağdam rezidens layihəsini uğurla başa çatdırmışlar və prezident tərəfindən açılışı olmuşdur. Heç bir Əmək Müfəttişliyi ilə problemləri olmamışdır, bütün sosial dövlət ödənişlərini etmişlər. Bu layihə 2023-cü ildə başlanılmışdır, sonrada dayandırılmış və yaranmış problemlərə görə onlar külli miqdarda zərərlə həmin layihəni dayandırmışlar. Layihə 2025-ci ilin yanvar ayında bitmişdir, avqust ayında bitməli idi, həmçinin həmin şəxslər də həmin vaxtadək uzun vaxtdır ki orada çalışmışlar. Dövlət tərəfindən binanın təhvil alınma tarixi var. Əlavə sübut olaraq binanın eksplantasiyanın hansı tarixdə olmasını təqdim edə bilərlər. Prezident ora getdiyi vaxt yanvar ayının 15-16-da artıq binanın tikintisi bitmişdi. Sonradan ikinci dəfə prezident xanımı vitse-prezident ilə novruz bayramı ərəfəsində ora yenidən gəlmişdir. 01 yanvar tarixində artıq bütün işçilər 1 ay müddətində müştərinin bildirəcəyi xırda işlərə görə saxlanılır. Bayram günləri bitdiyi gün avtomatik olaraq işçilərin əmək müqavilələrinə xitam verilir. Daxili İşlər Nazirliyi əvvəllər torpaq məsələsinə bu qədər müdaxilə etmirdi. Təhlükəsizliyə görə onların əməkdaşları sahədən heçnə çıxara bilməzlər. Koordinasiyada boşluq olub, belə ki, əməkdaşlar Daxili İşlər Nazirliyi tərəfindən müqavilələrin avtomatik ləğv edildiyini bildikləri üçün birbaşa özləri ləğv etməmişlər. Belə olan zaman X3 İdarəsi elə bilib ki, əmək müqaviləsində ləğv edildikdən sonra ayın 5-dək şəxs orada olur. Ancaq həmin şəxslər özləri də gəlmir, başqa işlərlə məşğul olurlar, başqa yerdə işləyirlər. Elşən həsənov onlarda mühəndis işləmiş, proyekt bitdikdən sonra onu yeni proyektə mühəndis kimi götürə bilməmişlər, işçiləri ixtisar etməyə başlamışlar. Yanvarın 1-də bütün binanı, 209 mənzilin hamısını şirkət almış, hətta dekabr ayının 1-dən orada yaşayış var. Bütün zavodun əməkdaşları orada yaşamışlar. Orada sadəcə mexaniki xəta baş verib. Daxili İşlər Nazirliyi heç vaxt onlara daxili nizam intizam qaydaları, işçilər barədə bildiriş göndərməmişdir. Sadəcə bu məsələ Daxili İşlər Nazirliyi ilə Əmək Müfəttişliyi arasında giriş-çıxışla bağlı olan portal məsələsidir. Sonuncu instansiyada işə baxılan zaman Əmək Müfəttişliyinin nümayəndəsinə birbaşa sual verilərək mülahizələrdən başqa konskret sübut, videogörüntü olub-olmadığı soruşuldu və heç bir sübut, əsas gətirilmədi. Ali Məhkəmənin hakimi də 2 qurum arasında olan məsələnin 3-cü şəxsə şamil olunmamasını əsas götürərək qərar qəbul elədi. Onlar şirkət olaraq 3-cü şəxsdirlər. X14 bayramla əlaqəli dekabrın 29-dan çıxmasına icazə vermişlər, ancaq bayramdan sonra müqaviləsinə xitam verilmişdir. Əmək Müfəttişliyinin “Emal” sistemi işçilərin müddətli əmək müqaviləsini avtomatik sistemdə provanqasiya elətdirir. Əmək Məcəlləsində ya 2 il, ya da 5 il müddətinə avtomatik provanqasiya edilir. Xitam müqaviləsində yekun tarix göstərilir, həqiqətən də aktiv işçi kimi hansı tarixlərdə şirkətin işçisi kimi fəaliyyət göstərməsi öz əksini tapır. Bu səbəbdən Əmək Müfəttişliyi öz maliyyə şöbəsinə göndərərək şəxsin DSMF-ni hesablatdırır, bu da xitam müqaviləsində tarix olaraq göstərilir. Əmək Müfəttişliyinin yaratdığı sistem özü birbaşa əmək müqavilələrinin müddətini uzadaraq pravanqasiya edir. Bunu kağız formatında təqdim etdikdə hansı tarixdən uzadılması barədə hər-hansı barkod, imza, möhür olmadığı üçün hüquqi sənəd kimi baxmaq mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, dekabr ayının 29-da Ağdam rayonunu tərk etmişdir. Nümayəndə1 ona yenidən iş olarsa, onu çağıracağını bildirmiş, ancaq sonradan iş olmadığı üçün onu çağırmamışdır. Bundan sonra o Ağdamda olmamış, bakıda olmuş, hazırda da Bakıda işləyir. Portal vasitəsi ilə yoxlayaraq onun Ağdamda olmadığını da müəyyən etmək olar. 29 dekabr 2024-cü il tarixdə saat 3-də Ağdam şəhərini tərk etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərgi Zəngəzur’’ iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X6 xx.xx.2025-ci il tarixdən, X2 isə xx.xx.2025-ci il tarixdən protokol tərtib edilən tarixədək, yəni xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır və inzibati məsuliyyətə səbəb olur. Məhkəməyə təqdim edilmiş sübutlarla ilk öncə qeyd edilməlidir ki, X2 ilə xx.xx.2025 tarixində, X7 ilə isə xx.xx.2025 ci il tarixində əmək müqavilələrinə xitam verilmiş və onlar işdən azad edilmişlər. Həmçinin DİN-nin işğaldan azad olunmuş ərazilərə giriş portalı ay sonu bitəcəyi üçün əməkdaşlar tərəfindən bağlanmamışdır. Ancaq fakitiki olaraq, hər iki şəxs işdən azad edildikdən sonra Nümayəndə1 rəhbərlik etdiyi Şəxs MMC-də hər hansı formada işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, ümumiyyətlə, hər iki şəxs həmin tarixdən sonra Qarabağ və Şərqi Zəngəzur rayonlarının ərazisində olmamışlar. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında iş materiallarına əlavə edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müffətişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini icra edən X8 məktub ünvanlanaraq qeyd olunmuşdur ki: “xx.xx.2025 tarixində Az-Lux Construction MMC-yə (VÖEN: **********) MN2123306 saylı protokol ünvanlanmışdır. Mətnlə bağlı bildirmək istəyirəm ki, qeyd olunmuş işçilər X1 xx.xx.2025 tarixində, X5 xx.xx.2025 ci il tarixində əmək müqavilələrinə xitam verilmiş, işdən azad edilmişlər. Xitam bildirişlərini Sizə təqdim edirəm. DİN-nin işğaldan azad olunmuş ərazilərə giriş portalı ay sonu bitəcəyi üçün əməkdaşlar tərəfindən bağlanmamışdır. Xahiş edirəm nəzərə alıb məsələyə aydınlıq gətirəsiniz. Təşəkkür edirəm”. Bakı Apellyasiya məhkəməsinin 3(103)-1056/2025 saylı, 29 aprel 025-ci il tarixli qərarı ilə şikayətçi Nümayəndə1 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin olunmamasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından şikayətçi Nümayəndə1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 2 fevral 025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və Nümayəndə1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur və hazırkı iş üzrə icraata xitam verilməldir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477- 1.1.4- cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərkən İXM-nin 127-4.1-ci maddəsinin tələbləri də pozulmuş, protokol müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron sənəd şəklində elektron qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Xidmət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarım hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərannın hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-İn 135.1., 135.1.1 .-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından X15 MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar