Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2176/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Suraxanı rayon Prokurluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 25 fevral 2022-ci il tarixdə Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında X5 aralarında yaranmış mübahisə zamanı təpiklə vuraraq xəsarət yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X6 izahat verərək bildirdi ki, 25 fevral 2022-ci il tarixdə Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında X5 aralarında yaranmış mübahisə zamanı təpiklə vuraraq xəsarət yetirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi onun özünün etirafedici izahatı, X2, X3, X4 izahatları, məhkəmə-tibb ekspertizasının 03 mart 2022-ci il tarixli, 223 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 223 saylı rəyinə əsasən X2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol əlin qançırı və səthi əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınması inandırıcı deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbslə bağlı olmayan inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, qazının kəsilməsi ilə bağlı 104 xidmətinə dəfələrlə zəng etdiyini, lakin onların gəlmədiklərini, həmin hadisə günü də, onun evindəki daşları dağıtdıqlarını, onu səbrdən çıxartdıqlarını bildirmiş, bu səbəbə görə aralarında münaqişə olduğunu və təpik vurduğunu etiraf etmişdir. Sonda o, inzibati məsuliyyətdən azad edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, əməkdaşlarla birlikdə qaz xəttlərində araşdırma aparırdılar. Qaz boru vasitəsilə verilirdi. Onun məqsədi şəxsi mənafeyi ilə bağlı deyil, qanunsuz qaz birləşməsi idi. Borunun kənarından qaz sızması var idi. Vətəndaş qaz təminatının dayandırılmasına imkan vermirdi. Orada daş qırıntılarını dağıtdıqdan sonra, barəsində inzibati icraat aparılan şəxs Şəxs onun üstünə qışqıra-qışqıra gəlmiş, elə bundan sonra da həmin səslərə həmin küçəyə yaxın ərazidə xidmət göstərən digər əməkdaşlar da gəlmişdir. Həmin şəxs evinə gedərək ayaqqabısını dəyişmiş, ayaqqabının altında dəmir metal var idi, həmin ayaqqabı ilə ona vuraraq ayaqqabının altındakı dəmir metal onun qoluna batmışdır. Əməkdaşların dəfələrlə onun evinə yaxınlaşdığını, lakin Şəxs onlara qaz sayğacının dəyişdirilməsinə imkan verməmişdir. Sonda, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbs tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, əraziyə baxış keçirilərkən rəis həmin əraziyə gəlmiş və abonentin sayğacına baxış keçirmişdir. Vətəndaş bildirdi ki, sayğac paslanıb, ona görə qaz sayğacını açmışdır. Həmçinin bildirdi ki, 104 xidmətinə bununla bağlı zəng edib, lakin müəyyən olundu ki, 2018-ci ildən vətəndaş qanunsuz şəkildə qazdan istifadə edir, pul yükləmir. Baxış keçirilərkən aralarında mübahisə olmuş, vətəndaşın onlara söyüş söydüyünü, onlara “yaxşı edirəm” dediyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, himayəsində azyaşlı uşaqların olduğunu, hadisəni ağır şəraitdə yaşadığına görə hal-hazırda törətdiyi əməlin və şəxsin həmin əmələ münasibəti onun cəmiyyətdən təcrid olunmasına zərurət yaratmadığına görə yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2176/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2176/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver