Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-218/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru X2 iştirakı ilə, “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinin, Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi, 7 saylı ünvanında fəaliyyət göstərən barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi, 7 saylı ünvanında yerləşən “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Suraxanı” bazarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X1 № 01-2001 bənd 6.1 və bənd 8.1 tələblərinin pozulduğu aşkar edilmişdir. Buna görə də xx xxxxxx 2021-ci il tarixdə “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru X3 məhkəmədə bildirdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğıntexniki müayinənin aparılması haqqında xx xxxxxx 2021-ci il tarixli, 00043 nömrəli qərarına əsasən xx xxxxxx 2021-ci il tarixdə “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Suraxanı” bazarında keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X1 № 01-2001 bənd 6.1 və bənd 8.1 tələblərinin pozulduğu aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş, həmin akt hüquqi şəxsin müdiri tərəfindən imzalanmışdır. Hüquqi şəxsin müdirinə hüquqları izah edilməklə yol verilmiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdirinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın-texniki müayinənin aparılması haqqında xx xxxxxx 2021-ci il tarixli, 00043 nömrəli qərarından görünür ki, illik plana əsasən “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx xxxxxx 2021-ci il tarixli, KY211545945 nömrəli çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 00043 nömrəli yanğıntexniki müayinə aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi, 7 saylı ünvanında yerləşən “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Suraxanı” bazarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X1 № 01-2001 bənd 6.1 və bənd 8.1 tələblərinin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs “Suraxanı Bazarı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-218/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-218/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver