Məhkəmə qərarları › İş №3(010)-2186/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2186/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2186/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarından X1 şikayəti 02 may 2025-ci il tarixdə əvvəlcə Sabunçu rayon Məhkəməsinə göndərilmiş, həmin Məhkəmənin 02 may 2025-ci il tarixli qəraradı ilə material aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və 22 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 məhkəmə iclasında izahatında göstərdi ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi, ev 8/1-də yaşayır və yaşadığı evin qarşısında yerləşən səkidə 16 ildir ** AV *** nömrəli şəxsi avtomobilini saxlayır. xx.xx.2025-ci il tarixdə X5 əməkdaşları tərəfindən avtomobilinin qeyd olunan ərazidə saxlanılmasına görə ona 60 (altmış) manat məbləğində 2 bal inzibati cərimə tətbiq edilmişdir. Bildirmişdir ki, avtomobilini saxladığı yer onun yaşadığı evin qarşısında yerləşən "səkidir" (səki deyildisə bu müddət ərzində heç bir halda nə piyadaların hərəkətinə maneə törətmiş, nə də yol hərəkəti qaydalarının pozulmasına səbəb olmuşdur. Ərazi üzrə bu vaxta qədər heç bir xəbərdarlıq və ya qadağanedici nişan qoyulmamışdır. DYP-nə olunan şikayətlərin nəticələri gec gəldiyinə, DYP-nə gec dəvət olunduğuna görə şikayətini bir az gecikdirmiş, bununla bağlı DYP-dən sənədlər alıb məhkəməyə təqdim edəcəyini bildirmişdir. Əvvəlcə səhvən Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, hadisə Suraxanı rayonunun ərazisində baş verdiyindən material aidiyyəti üzrə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. X5 tərəfindən tətbiq edilmiş 60 (altmış) manat məbləğində 2 bal inzibati cərimənin ləğv edilməsini xahiş etmişdir. Bu gecikmələrə görə cərimənin vaxtı gecikmiş və ödəniş etmədiyinə görə dəbbə pulu hesablanmış, avtomobilinin həbs vaxtı çatmışdır. Növbəti problem yaşanmaması üçün məcbur olub cəriməni (76.8azn) ödəmiş, həmin cərimənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək bildirmişdir ki, məhkəməyə qanunla nəzərdə tutulmuş qərardan 20 gün müddətində şikayət etmə müddətini üzürlü səbəbədən ötürdüyünə görə sənədlər təqdim edəcəyi üçün xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Buna görə də məhkəmə iclası 19 iyun 2025-ci il tarixə təxirə salınmış, lakin qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı zəruri sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar 09 fevral 2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 327.2, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346- 1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir İş materiallarından müəyyən olunur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarından xx.xx.2025-ci il tarixdə şikayətlə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və həmin şikayət məhkəmənin dəftərxanasında 02 may 2025-ci il tarixdə qeydiyyata alınmışdır. Müraciətində bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi, ev 8/1-də yaşayır və yaşadığı evin qarşısında yerləşən səkidə 16 ildir şəxsi avtomobilini ** AV *** saxlayır. xx.xx.2025ci il tarixdə avtomobilinin qeyd olunan ərazidə saxlanılmasına görə ona Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarı ilə 60 (altmış) manat məbləğində 2 bal inzibati cərimə tətbiq edilmişdir. X3, barəsində qəbul edilmiş 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra 02 aydan çox müddət keçməklə məhkəməyə müraciət etmişdir. X3 şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bununla da X3 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarından qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Barəsində inzibati qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə şikayətin buraxılma müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli qərarından qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı vəsatət və zəruri sübutlar təqdim etmədiyindən onun şikayətinə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 129-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 106, 109, 118, 122, 124, 125, 126, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminin 09 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25997963 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti X2 geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar