Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2188/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-01284/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34KH5004/34BJZ739 nömrəli yük nəqliyyat vasitəsində SYR**********480 nömrəli xx.xx.2022-ci il tarixli invoys idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin basa çatdığı, lakin, həmin yüklərin müddət başa çatdıqdan sonra, yəni, 10 may 2023-cü il tarixdə **********1124 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edildiyi və həmin gömrük bəyannaməsinin xx.xx.2023-cü il tarixdə buraxıldığı, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədildiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMCnin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, Türkiyə Respublikasından 34KH5004/34BJZ739 nömrəli yük nəqliyyat vasitəsində SYR**********480 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş yüklərin Bakı Baş Gömrük idarəsində **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin malların elektrik transformatorların istehsalında istifadə olunmag üçün idxal edildiyini, lakin, maliyyə vəsaitləri olmadığı səbəbindən müvəggəti saxlanc müddətini pozduqlarını bildirmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC tərəfindən **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01284/2023 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34KH5004/34BJZ739 nömrəli yük nəqliyyat vasitəsində SYR**********480 nömrəli xx.xx.2022-ci il tarixli invoys idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin basa çatdığı, lakin, həmin yüklərin müddət başa çatdıqdan sonra, yəni, 10 may 2023-cü il tarixdə **********1124 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edildiyi və həmin gömrük bəyannaməsinin xx.xx.2023-cü il tarixdə buraxıldığı, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədildiyi aşkar edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC tərəfindən **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34KH5004/34BJZ739 nömrəli yük nəqliyyat vasitəsində SYR**********480 nömrəli xx.xx.2022-ci il tarixli invoys idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin basa çatdığı, lakin, həmin yüklərin müddət başa çatdıqdan sonra, yəni, 10 may 2023-cü il tarixdə **********1124 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edildiyi və həmin gömrük bəyannaməsinin xx.xx.2023-cü il tarixdə buraxıldığı, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədildiyi aşkar edilmişdir. Nəticədə araşdırma zamanı Şəxs MMC tərəfindən **********2166 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 05 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40,43,48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2188/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2188/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver