Məhkəmə qərarları › İş №3(010)-2189/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2189/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2189/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə inspektoru Xəqani Məmmədovun, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi yaşadığı X2 mübahisə zəmnində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bununla da o, İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında zərərçəkmiş şəxs X3 ilə nikahları olmadan qeyri-rəsmi birlikdə yaşadıqlarını, 04 aydır ki, artıq ayrı yaşadıqlarını, törətmiş olduğu əməli səmimi şəkildə etiraf etdiyini, belə ki, bir neçə dəfə xəyanətinin üstünü açdığını, bu barədə bildirdikdə ona “yaxşı eləmişəm” dediyini, bununla bağlı ona şillə vurduğunu, bundan sonra birdə belə bir əməl etməyəcəyini bildirərək, barəsində cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 izahatında 02 il qeyri-rəsmi yaşadığını, 04 aydır ki, ayrıldıqlarını, hal-hazırda valideynləri ilə birlikdə qaldıqlarını, evə daxil olaraq ona şillə vurmuş, ona çoxsaylı təhdidlər etdiyini bildirərək, qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsin sahə inspektoru Xəqani Məmmədov protokola uyğun izahat verərək, inzibati protokol tərtib edilmiş şəxsin inzibati qaydada həbs edilmısini xahiş etdi. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Məmməd Əliyevin xx.xx.2023-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan MTE və PA ETT Birliyinin Suraxanı rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli 182 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-sol çənəaltı nahiyyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə, qeyd olunan şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-İn 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün (on beş) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən, saat 12:55 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar