Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2192/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə və hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 22 may 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 19 may 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, "xxxx" MMC tərəfindən 65063.35 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 11 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarım bəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 65063.35 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 12 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə 19 may 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən 65063.35 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 11 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarım bəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 65063.35 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bildirmişdir ki, şirkətlər ilə "xxxx" MMC arasında vasitəçilik müqaviləsi bağlanmışdır. Ölkəyə gələn pul ilə bağlanan müqaviləni eyniləşdirmək mümkün olmamış və buna görə də protokol tərtib olunmuşdur. Hazırda müəyyən olunmuşdur ki, müqavilə sənədlərində və ödənişlərdə heç bir problemin olmadığını və ödənişlərin tam olduğunu bildirmişdir. Buna görə də qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin müəyyən olunmuşdur ki, sifariş əsasında mal ölkə ərazisinə daxil olmamış, buna görə də gömrük bəyannaməsinə ehtiyac yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi direktor müavini vəzifəsində işləyən X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, bank şirkətdən bir dəfə vasitəçilik müqaviləsi ilə bağlı müəyyən suallar soruşmuş və şirkət də müqavilə detalları ilə bağlı banka tam məlumat vermişdir. Şirkət 11 aprel 2023-cü il tarixində Amerikanın BAV CORPARATİON şirkətinin hesabına 01 noyabr 2022-ci il tarixli A-22-03 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 1291 nömrəli invoice əsasında 65063.35 ABŞ dolları köçürmüşdür. Bu ödəniş Rusiyanın "X10 Şirkəti" MMC şirkəti ilə 1 oktyabr 2022-ci il tarixli K-22-02 nömrəli vasitəçilik xidmətləri müqaviləsi əsasında həyata keçirilib. xx.xx.2023-cü il tarixində "X10 Şirkəti" MMC xx.xx.2022-ci il tarixli 04 nömrəli invoice sənədinə uyğun olaraq bank hesablarına 335.157,81 ABŞ dolları köçürmüşdür. Malların və nəqliyyat xidmətlərinin ödənişi yalnız müştərinin hesabına və pul müştəridən bank hesabına daxil olduqdan sonra həyata keçirilir. Onu da bildirmişdir ki, vasitəçilik müqaviləsinə əsasən, mallar Azərbaycana daxil olmur, İstanbul limanından birbaşa müştəriyə gedir. Həmçinin bildirmişdir ki, həmin vaxt onlar bank ödənişini həyata keçirmək üçün müqavilənin kodunun və avans ödənişinin göstərilməsi tələb olunurdu. Daha sonra bank bu tələbi ləğv edərək, kodun və avans ödənişinin səhvən ödəniş məqsədi ilə göstərildiyi barədə Mərkəzi Banka izahat göndərmişdir. Bu sövdələşmə çərçivəsində mallar müştəri tərəfindən qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № K-22-02 saylı vasitəçilik xidmətlər müqaviləsindən görünür ki, həmin tarixdə vasitəçilik müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, bundan sonra "sifarişçi" adlanacaq, nizamnamə əsasında hərəkət edən X6 Vladlmiroviçln şəxsində "X10 şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti bir tərəfdən və bundan sonra "icraçı" adlanacaq, nizamnamə əsasında hərəkət edən Məlik-X4nun şəxsində Şəxs, digər tərəfdən (bundan sonra mətn üzrə-tərəflər) aşağıdakılar barədə bu müqaviləni bağladılar. İcraçı sifarişçinin tapşırığı ilə, komissiya mükafatı müqabilində öz adından, lakin sifarişçinin hesabına, mallar almaq və sifarişçiyə çatdırmaq öhdəsinə götürür. Malların adı, miqdarı, qiyməti və nomenklaturası bu müqavilənin əlavələrində (spesifikasiyalar) müəyyən edilir (razılaşdırılır). Mallar icraçı tərəfindən alınır və CPT Moskva şərtləri əsasında ("İNCOTERMS 2010"-a uyğun olaraq) sifarişçiyə göndərilir. Əlavələr bu müqavilənin ayrılmaz tərkib hissələridir. Üçüncü şəxslə icraçı fca şərtləri ilə alqı-satqı müqaviləsi bağlamaq, malın dəyərini sifarişçi hesabına satıcıya ödəmək. CPT MOSCOW (İNCOTERMS-2010) şərtləri ilə bu məhsulun sifarişçiyə çatdırılması üçün nəqliyyat şirkəti ilə müqavilə bağlamaq. Nəqliyyat xidmətlərinin dəyərin sifarişçi hesabına ödəmək. Alınan mallar və çatdırılma dəyəri bu müqavilənin Spesifikasiyasında (Əlavə) razılaşdırılır. Bu müqavilə üzrə mallar Azərbaycandan keçmir. Bütün mallar birbaşa Türkiyəyə çatdırılır və sonra bərə ilə Rusiyaya Novorossiysk limanına göndərilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № K-22-03 saylı müqavilədən görünür ki, həmin tarixdə müqavilə bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, hazırkı müqavilə (bundan sonra “Müqavilə“ kimi adlandırılacaq) bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən, direktor X2 oğlu ilə təmsil olunan, Azərbaycan, Bakı şəhəri Şəxs MMC Şirkəti (bundan sonra "ALİCİ kimi adlandırılacaq), digər tərəfdən isə nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs USA, Baş Direktor Aleksandr Baranov ilə təmsil olunan, BAV Corporation inc şirkəti (bundan sonra “SATİCİ (TƏCHİZATÇİ) kimi adlandırılacaq) arasında, bundan sonra birlikdə tərəflər kimi adlandırılacaq, aşağıdakı şərt və müddəalarla bağlanmışdır. "SATİCİ" hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavə RAZİLAŞMALARA (Qiymət siyahısı və avadanlığın spesifikasiyası) əsasən FCA ("İNCOTERMS 2010"-a müvafiq olaraq) şərtləri ilə bundan sonra "Avadanlıq" satacaq. Qiymət siyahısı və avadanlığın spesifikasiyasına tam uyğun olaraq istismara verəcək, ALİCİ isə öz növbəsində onları alacaq və Malların hər bir fərdi partiyası üçün kommersiya hesabfakturaları (İNVOİCE) əsasında ödəyəcək. İş materiallarında olan xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx"MMC BAV Corporation İnc şirkətinə edilmiş ödəniş əsasında sifariş olunmuş malların şirkət vasitəsi ilə Türkiyə Respublikasına və Rusiya Federasiyasına gətirilməsi təsdiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 133 nömrəli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş məktubda göstərilmişdir ki, TuranBank ASC ödəniş aparıldıqda, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilər haqqında məlumatları təqdim etmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxsnə məxsus ***-***-**-** əlaqə nömrəsinə hüquq məsləhətçisi Arzu Əliyeva tərəfindən avans ödənişi ilə bağlı sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi məqsədilə müvəkkil bank tərəfindən təqdim edilmiş telefon nömrəsi ilə əlaqə saxlanılmağa cəhd edilmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan Şəxs X9 filialına xx.xx.2025-ci il tarixdə göndərdiyi məktubda göstərilmişdir ki, Azərbaycan Mərkəzi Bankının 19 may 2025-ci il tarixli EP ******* nömrəli sorğu və protokoluna əsasən şirkət tərəfindən xx.xx.2023-cü il tarixində xarici valyuta hesabından 65.063.35 ABŞ dolları məbləğində malların ödənişi həyata keçirilmişdir. Bu ödəniş 1 oktyabr 2022-ci il tarixli K-22-02 saylı vasitəçilik xidmətləri müqaviləsinə əsasən “X10 Şirkəti” MMC-dən xx.xx.2023-cü il tarixində daxil olmuş 335.157.81 ABŞ dolları məbləği əsasında köçürülmüşdür. Bununla əlaqədar olaraq bu müddət üçün bank çıxarışını və bu şirkətdən vəsait alınma təsdiqinin təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan X9 filialının Şəxs rəhbərliyinə xx.xx.2025-ci il tarixdə göndərilən məktuba xx.xx.2025-ci il tarixdə cavab verərək göstərmişdir ki, Turan Bank ASC-nin “Gənclik” filialında Şəxs MMC şirkətinin AZ02TURA******************** nömrəli hesablaşma hesabı üzrə xx.xx.2023-cü il tarixində 65.063.35 USD məbləğində BAV CORPORATİON İNC şirkətinə köçürülən vəsait xx.xx.2023-cü il tarixində vasitəçilik xidmətləri müqaviləsi üzrə daxil olmuş 335.157.81 USD məbləği əsasında köçürülmüşdür. İş materiallarında olan Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2025ci il tarixdə göndərdiyi izahat məktubunda göstərilmişdir ki, 19 may 2025-ci il tarixli EP № ******* nömrəli protokola cavab olaraq bildirmişlər ki, şirkət 11 aprel 2023-cü il tarixində Amerikanın BAV CORPARATİON şirkətinin hesabına 1 noyabr 2022-ci il tarixli A-22-03 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 1291 nömrəli invoice əsasında 65063.35 ABŞ dolları köçürmüşdür. Bu ödəniş Rusiyanın "X10 Şirkəti" MMC şirkəti ilə 1 oktyabr 2022-ci il tarixli K-22-02 nömrəli vasitəçilik xidmətləri müqaviləsi əsasında həyata keçirilib. xx.xx.2023-cü il tarixində "X10 Şirkəti" MMC xx.xx.2022-ci il tarixli 04 nömrəli invoice sənədinə uyğun olaraq bank hesabına 335.157.81 ABŞ dolları köçürmüşdür. Malların və nəqliyyat xidmətlərinin ödənişi yalnız müştərinin hesabına və pul müştəridən bank hesabına daxil olduqdan sonra həyata keçirilir. Onu da bildirmişlər ki, vasitəçilik müqaviləsinə əsasən, mallar Azərbaycana daxil olmur, İstanbul limanından birbaşa Müştəriyə gedir. Həmçinin bildirmişlər ki, həmin vaxt onların bank ödənişi həyata keçirmək üçün müqavilənin kodunu və avans ödənişinin göstərilməsi tələb olunurdu. Daha sonra bank bu tələbi ləğv edərək, kodun və avans ödənişinin səhvən ödəniş məqsədi ilə göstərildiyi barədə Mərkəzi Banka izahat göndərmişdir. Bu sövdələşmə çərçivəsində mallar müştəri tərəfindən qəbul edilmişdir. Bu əməliyyat üçün bütün sənədlərin nüsxələri (bank hesabindan cixariş, müqavilələr, əlavələr, hesab-fakturalar, Rusiya gömrük bəyannaməsi) izahat məktubuna əlavə olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 2191/2025 nömrəli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi bankına geri qaytarılmışdır. Qeyd olunan əməliyyatın ümumi 335.157.81 USD məbləğinin 65.063.35 USD məbləğində hissəsi hazırki material üzrə araşdırılmış, qalan hissəsi ilə bağlı məhkəmə tərəfindən işə baxılmadan geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, nümayəndələrin izahatlarını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən valyuta tənzimi qaydalarının pozulması, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin, hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunanlar yəni, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Oxşar hal hüquqi şəxsin fəaliyyətində də mövcuddur. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirir. Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mərkəzi Bank haqqında” Qanun) 5.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, hüquqi şəxs Şəxs əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 65063.35 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 11 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 65063.35 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar Amerikadan "xxxx" MMC şirkəti vasitəsi ilə İstanbul limanına, oradan da birbaşa Rusiya Federasiyasına göndərilmiş, bununla bağlı gömrük bəyannaməsi banka təqdim edilmişdir. Həmçinin protokolu tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi malların idxal olunmasını və bununla bağlı gömrük bəyannaməsinin olmasını, müqavilə sənədlərində heç bir problemin olmamasını və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş 19 may 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2192/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2192/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver