Məhkəmə qərarları › İş №3(010)-2194/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2194/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2194/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X4 etibarnamə üzrə nümayəndəsi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, 19 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonu, İvanovka kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 may 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)-1495/2022 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Şəxs məhkəmədə bildirdi ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)-1495/2022 nömrəli qərardadı ilə X9 (nümayəndə X11) ilə Şəxs arasında, mediator X5 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/2-00338 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi, “2.1.1.İkinci tərəf (Şəxs) etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində Birinci tərəfə (X7) maddi zərər vurub və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürməsi, 2.1.2. İkinci tərəf (Şəxs) Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürməsi qərara alınmışdır. Borclu hal-hazırda ödəməli olduğu borcundan 1000 manat ödəniş etmişdir. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 500 manat məbləğində pulu tələbkara ödəmək üçün gətirmiş, bundan sonra mütəmadi olaraq borcu ödəyəcəyini bildirərək, barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 etibarnamə üzrə nümayəndəsi X6 izahatında borclunun əvvəllər onun yanında işlədiyini, həmişə ona hörmətlə yanaşdığını, sadəcə olaraq ondan indiki borcu tələb olunduğunu, hazırkı vəziyyət üzrə borclunun 500 manat ödəniş etdiyini və inzibati protokola xitam verilməsinə etirazının olmadığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxsəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)-1495/2022 nömrəli qərardadı ilə X9 (nümayəndə X11) ilə Şəxs arasında, mediator X5 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/2-00338 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi, “2.1.1.İkinci tərəf (Şəxs) etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində Birinci tərəfə (X7) maddi zərər vurub və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürməsi, 2.1.2. İkinci tərəf (Şəxs) Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürməsi qərara alınmışdır. 26 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)- 1495/2022 nömrəli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan məhkəmə iclasında tərtib edilmiş 07 iyun 2023-cü il tarixli akta əsasən, Şəxs tərəfindən tələbkar X4 etibarnamə üzrə nümayəndəsi X2 500 manat verildi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)-1495/2022 nömrəli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X4 xeyrinə 500 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(009)-1495/2022 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar