Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2195/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “Araz” supermarketin nümayəndəsi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə inspektoru Cahid Qasımovun iştirakları ilə, 10.03.192-ci il tarixdə Masallı rayonu, Tüklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan və Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB tərəfindən Şəxs barəsində 26 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə inspektoru Cahid Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, E.Qasımov küçəsində yerləşən “Araz” marketdən 04 ədəd saç şampunu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında törətmiş olduğu əməlindən peşman olduğunu, bu əməli maddi sıxıntı ucbatından törətdiyini, maddi ziyanı ödəyə biləcəyini bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs “Araz” supermarketin nümayəndəsi X4 izahatında xx.xx.2023-cü i tarixində oğurluq etmiş şəxs Şəxs heç bir şikayət və tələblərini olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə inspektoru Cahid Qasımov izahat verərək göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X4 ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, mağaza müdiri işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, E.Qasımov küçəsində yerləşən “Araz” marketdə həmin tarixdə mağazaya daxil olan bir nəfər şəxsin 05 bağlama şokoladı oğurlayan zaman saxlamasını daha sonra inzibati ərazidə olan PŞ-nə məlumat verməsini, həmin şəxsin şokoladları qaytarmasını, lakin bundan bir neçə gün əvvəl isə həmin mağazadan 04 ədəd saç şampunu oğurlamasını qeyd etmişdir. ünvan 5 ünvanında yaşayan vətəndaş X4 izahatında xx.xx.2023-cü il tarixdə, mağaza müdiri işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, E.Qasımov küçəsində yerləşən “Araz” marketdə həmin tarixdə mağazaya daxil olan bir nəfər şəxsin 05 bağlama şokoladı oğurlayan zaman saxlamasını daha sonra inzibati ərazidə olan PŞ-nə məlumat verməsini, həmin şəxsin şokoladları qaytarmasını, lakin həmin şəxsin bundan bir neçə gün əvvəl isə həmin mağazadan 04 ədəd saç şampunu oğurlamasını, həmin oğurluq hadisəsinin mağazanın daxilində olan videogörüntüdə olmasını, qeyd olunan “CD” diski polis əməkdaşlarına təqdim edə biləcəyini, 04 ədəd saç şampunun oğurlanmasına görə isə işlədiyi mağazaya 60 (altmış) manat maddi ziyanın dəyməsini qeyd etmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı Şahin Mikayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yaşayan vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş vətəndaş X2 əməlində AR. İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, toplanmış material saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB-nin polis sahə inspektoru Cahid Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, E.Qasımov küçəsində yerləşən “Araz№ marketdən 04 ədəd saç şampunu oğurladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 25 may 2023-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Araz” supermarketin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş ərizədən müəyyən edilir ki, xx.xx.2023-cü i tarixində oğurluq etmiş şəxs Şəxs heç bir şikayət və tələblərini olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2195/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2195/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver