Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2197/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X11, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6, Hüquqi şəxs Şəxs direktoru Bilal Muhammadın iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən Şəxs barəsində 21 may 2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək material baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X13 izahatında göstərdi ki, hüquqi şəxs Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsidirektoru Bilal Muhammad Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 3 üvanında yerləşən “Centrum” adlı hosteldə X1 2024-cü ilin oktyabr-noyabr aylarında xadimə kimi, X8 və X5 2023-cü ilin iyun ayından 2024-cü ilin dekabr ayına qədər resepsionist-qeydiyyatçı kimi işlədib əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin hüquqi şəxs qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Bilal Muhammad, X7, X8, X2 izahatları, X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-43268/2025 nömrəli məktubu ilə təsdiq olunur. Toplanmış materialdan və yuxarıda qeyd olunan şəxslərin izahatlarından da görünür ki, həmin şəxslər və Bilal Muhammad bir-birilərini tanımışdır. Soltan Haldun, Hafeez Fahad, Hassan Aveis izahatlarında həmin hosteldə konkret olaraq hansı işləri gördüklərini, həmçinin digər şəxslərin və Bilal Muhammadın həmin hostelin fəaliyyətinin nədən ibarət olması barədə ətraflı məlumat vermişlər. Bu qədər məlumatları bildikləri halda, həmin şəxslərin “Centrum” adlı hostelin işçiləri olmaması qeyri-inandırıcıdır. Bilal Muhammad isə həmin şəxlərin onun işçisi olmadığını bildirir, təbii ki, əmək müqaviləsiz işçisi olan şəxslər bunu əksər hallarda etiraf etmirlər. Amma hesab etmişlər ki, toplanmış material yuxarıda qeyd olunan şəxslərin həmin hosteldə işlədiklərini təsdiq etməyə kifayət edir. Bundan başqa bildirmişdir ki, əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati xəta tərkibinin əlamətləri rayon prokurorluğunda qanunsuz miqrasiya faktı ilə əlaqədar daxil olmuş məlumat əsasında cinayət xarakterli materialın araşdırılması zamanı aşkar edilmişdir. Qeyd olunan məlumat 2025-ci ilin aprel ayında rayon prokurorluğuna daxil olmuş və araşdırma aparılmış, həmin faktın araşdırılması ilə bağlı izahatların alınması zamanı yuxarıda qeyd olunan şəxslərin 2024-cü ildə həmin hosteldə əmək müqaviləsiz işlədikləri müəyyən olunmuşdur. İzahatlardan da göründüyü kimi, həmin şəxslər hosteldə 2024-cü ilin oktyabr-dekabr aylarında işlədikləri və rayon prokurorluğunda araşdırmanın isə 2025-ci ilin aprel ayında aparıldığı üçün həmin şəxslərin hosteldə işlədikləri anları əks etdirən fotoşəkil və ya videogörüntü mövcud deyildir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsi ilə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə hüquqi şəxs Şəxs direktoru Bilal Muhammad izahatında göstərdi ki, qərarda adları qeyd olunan şəxslər onların müəssisəsində işləməmişlər. X14 adlı şəxs qeyri-rəsmi olaraq onlarla faizə işləmiş və ora müştəri gətirmişdir. Həmin şəxs hosteldə qalmamış ora ilə heç bir bağlılığı olmamış, yalnız kənardan onlara müştəri gətirdiyi üçün ona qazancdan müəyyən faiz vermişlər. X17 6 ay müddət orada yaşamış, lakinin özünün iş yeri ayrı olmuşdur. Yaşadığı müddət ərzində müəssisədə qeydiyyat işinə baxan Zaur adlı şəxsin səhhətində problem yarandığına görə onu bir müddət təxmini 1-2 ay ərzində zərurət yarandığı üçün onun xahişi əsasında kompüterdə kömək etmişdir. X16 isə yalnız orda qalmışdır və heç bir işlə məşğul olammışdır. İş materiallarına əlavə olunmuş izahatı araşdırma zamanı tərcüməçi ona oxumuş və o, da oxuya bilmədiyinə görə tərcüməçinin dediklərinə inanıb imza etmişdir. Prokurorluqda yazılan izahatın doğru olmadığını, oxumadan imza çəkdiyini və bu cür izahat vermədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X17 izahatında göstərdi ki, qeyd olunan müəssisədə 6 ay yaşamışdır. Orada rəsmi olaraq heç bir işdə işləməmişdir. Yaşadığı müddət ərzində müəssisədə qeydiyyat işinə baxan Zaur adlı şəxsin səhhətində problem yarandığına görə onu bir müddət təxmini 1-2 ay ərzində Bilalın xahişi ilə əvəz edərək hərdənbir kompüter işində kömək etmişdir. Onu heç kəs hansısa işin görülməsinə cəlb etməmiş, sadəcə olaraq Bilal Muhammad onun tanışı olduğundan və xahişi əsasında müəyyən kompüter proqramlarından istifadə etməkdə kömək etmişdir. İş materiallarına əlavə olunmuş izahatı tərcüməçi ona oxumuş və o, da oxuya bilmədiyinə görə imza etmişdir. O, tərcüməçinin onun dediklərini olduğu kimi tərcümə etməsinə inanmış, lakin hazırki məhkəmə prosesində ona oxunmuş izahatla razı deyildir. İzahatda qeyd olunan formada fikrini bildirməmiş, onun izahatı başqa formada yazılmışdır. Prokurorluqda yazılan izahatın doğru olmadığını, oxumadan imza çəkdiyini və bu cür izahat vermədiyini bildirmişdir. Məhkəmədə şahid X16 izahatında göstərdi ki, qeyd olunan müəssisədə yaşamışdır. Orada rəsmi olaraq heç bir işdə işləməmiş, özxünün başqa işi olmuşdur. İş materiallarına əlavə olunmuş izahatı tərcüməçi ona oxumuş və o, da azərbaycan dilində oxuya bilmədiyinə görə imza çəkmişdir. Prokurorluqda yazılan izahatın doğru olmadığını, oxumadan qol çəkdiyini və bu cür izahat vermədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, “Centrum” adlı hosteldə qaldığı müddətdə onu heç kəs hər hansı işin görülməsinə cəlb etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Şəxs direktoru Bilal Muhammadın təqsiri ilə bağlı iş materiallarına izahatlardan başqa heç bir sübut, foto-video və ya şəxslərin həmin müəssisədə işləmələri ilə bağlı hər hansı sənəd-sübut əlavə olunmamışdır. Həmin izahatlarla bağlı 3 nəfər şəxsdən ikisi hazırki məhkəmə iclaslarında prokurorluqda verilmiş izahatları təsdiq etməmiş, həmin izahatların yalnış yazıldığını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Nəsimi rayon prokurorluğuna göndərdiyi məktubdan görünür ki, "xxxx" MMC və Şəxs MMC tərəfindən işə götürülən şəxslər barədə, o cümlədən X9, X7 və X3 qeyd edilən şirkətlər tərəfindən rəsmi əmək müqaviləsi əsasında işə götürülüb-götürülməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanan xx.xx.2025-ci iJ tarixli 2-2/315/2-083884/2025 nömrəli müraciətə baxılmışdır. Sorğu ilə əlaqədar Şəxs MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” alt sisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar təqdim olunmuşdur. Həmçinin bildirmişlər ki, “Ağayeva Traders" MMC tərəfindən “Əmək və məşğulluq” alt sisteminə əmək müqaviləsi daxil edilməmişdir. X9, X7, X3 adına alt sistemə qeyd edilən şirkətlər tərəfindən əmək müqaviləsi daxil edilməmişdir. Əlavə olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na əsasən ilkin mənbə məlumatlarının X4 Sisteminə inteqrasiya edilməsi təmin olunur. Qeyd olunanları nəzərə alaraq məlumat-axtarış işinin operativliyini və effektivliyini artırmaq məqsədilə “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatların X4 Sistemi vasitəsi ilə eldə edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 16-1-ci fəslində əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri öz əksini tapmışdır. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş, inzibati xəta haqqında iş üzrə icraat başlamış səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021ci il 17 mart tarixli Qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış material natamam olduğundan, kifayət qədər sübutlar əldə olunmadığından, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 21 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və material Bakı şəhəri Nəsimi rayon prokurorluğuna qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan 21 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və material Bakı şəhəri Nəsimi rayon prokurorluğuna qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2197/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2197/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver