Məhkəmə qərarları › İş №3(010)-2198/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2198/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2198/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10 iştirakları ilə, xx xxx 1982-ci ildə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)-295/2024 nömrəli icra sənədinə əsasən X6 ilə Şəxs arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə, 226 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X11 adlı uşaq anası X4 himayəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X5 ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)- 322/2024 nömrəli icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram - dəyəri 2700 manat, 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram - dəyəri 1350 manat, 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram - dəyəri 540 manat, 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14,8 qram - dəyəri 1250 manat, 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - dəyəri 650 manat, 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram - 45 manat, həmin əşyalar mövcud olmadıqda isə ümumi dəyərinin, 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı) - dəyəri 800 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ilə birlikdə) - dəyəri 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti - dəyəri 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça dəyəri 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça - 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit" markalı,ağ rəngli, 173x66x68 ölçülü soyuducu - dəyəri 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, "NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan - 150 manat, ağ-qara rəngli mətbəx mebeli, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq iddiaçı X5 verilməlidir. Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)-295/2024 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini hazırki günədək tam icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 23 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş böyük icra məmuru X14 məhkəmə iclasında izahatında bildirdi ki, Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)-295/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Şəxs alınaraq X5 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs qızıl və ev əşyalarını, onlar mövcud olmadıqda isə dəyərinin alınaraq iddiaçı X5 verilməsi qərara alınmışdır. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 25 aprel 2024-cü il tarixdə Suraxanı rayon icra şöbəsində icraata başlanılmış və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. xx.xx.2024cü il tarixdə borclu Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 322/2024 saylı, xx.xx.2024 tarixli və Şəmkir rayon Məhkəməsinin 2(076)-295/2.024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunu tapmaq mümkün olmamış, anası ilə əlaqə saxlanılmış, anası bildirmişdir ki, oğlu xəstəxanada müalicə alır. Tələbkar borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Belə ki, borclu aliment borcundan 3 dəfə 100 manat olmaqla cəmi 300 manat ödəniş etmişdir. Borclunun hazırda 3500 manat aliment borcu vardır. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. xx.xx.2025-ci il tarixdə borclu Şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixdə polis əməkdaşı vasitəsi ilə borclu icra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində 23 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin aktına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Bildirmişdir ki, aliment borcundan hər dəfə qaynanasının və tələbkarın kartına müəyyən ödənişlər etmiş, evində kifayət qədər ödəniş qəbzləri vardır. Onun icra şöbəsi tərəfindən axtarıldığından və axtarışda olduğundan xəbər olmamışdır. Belə ki, icra məmuru tərəfindəntələbin könüllü icrası barədə bildiirş ümumiyyətlə ona təqdim olunmamış, sonradan anası ona icra məmurunun onu axtardığını bildirmiş, barəsində axtarış qərarının olmasından məlumatsız olmuş, özü anası tərəfindən məlumat verilən kimi icra şöbəsinə könüllü yaxınlaşmışdır. Onun ünvanına heç bir bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Vaxt verilsə aliment borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İçki aludəçisi olduğu üçün xəstəxanada 6 ay müalicədə olmuş və həmin müddət ərzində aliment borcundan heç bir ödəniş ödəyə bilməmişdir. Son zamanlar aliment borcundan 600-700 manat ödəniş etmişdir. Qızıl-zinət əşyaları ilə bağlı isə bildirmişdir ki, qızıllar qaytarılmış, qalanları isə birgə nikah dövründə tələbkarın müalicəsi ilə bağlı satılaraq xərclənmişdir. Hazırda aliment borcundan hər ay hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq yüngül həddə inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, X2nın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)-295/2024 nömrəli icra sənədinə əsasən X6 ilə Şəxs arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə, 226 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X11 adlı uşaq anası X4 himayəsində saxlanılmışdır. xx.xx.2023-cü iı tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X5 ödənilməlidir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)- 295/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 25 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, Şəmkir rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(076)- 295/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram - dəyəri 2700 manat, 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram - dəyəri 1350 manat, 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram - dəyəri 540 manat, 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14.8 qram - dəyəri 1250 manat, 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - dəyəri 650 manat, 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram - 45 manat, həmin əşyalar mövcud olmadıqda isə ümumi dəyərinin, 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı) - dəyəri 800 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ilə birlikdə) - dəyəri 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti - dəyəri 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça - dəyəri 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça - 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit" markalı,ağ rəngli, 173x66x68 ölçülü soyuducu - dəyəri 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, "NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan - 150 manat, ağ-qara rəngli mətbəx mebeli, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq iddiaçı X5 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 29 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-322/2024 saylı, xx.xx.2024 tarixli və Şəmkir rayon Məhkəməsinin 2(076)- 295/2.024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Tələbkar X1 rayon İcra Şöbəsinə ərizə verərək bildirmişdir ki, 2(076)-295/2024 nömrəli icra sənədinə əsasən Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(010)-322/2024 nömrəli icra sənədinə əsasən 4105 manat dəyərində qızıl-ziynət və digər cehiz əşyaları Şəxs alınaraq ona verilməlidir. Bildirmişdir ki, Şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Cehiz əmlaklarından qızıl-ziynət əşyaları xaric digər cehiz əmlaklarını öz razılıqları əsasında götürmüşdür, yalnız qızıl əşyaları və ya dəyəri ödənilməmiş qalmaqdadır. Borcludan şikayətçidir, alimentin və qızıl və ya onun dəyərinin alınıb verilməsini tələb edir. Borclu Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 23 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hazırda Şəxs tələbkara 3500 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə isə protokolda qeyd olunmuş borcun tam ödənilməsi ilə bağlı hal yoxdur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə əməlindən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, o, icra məmurunun çağırışını almadığından onun barəsində axtarış qərarının qəbul edilməsi düzgün deyil, bundan başqa o anası tərəfindən məlumatlandırıldığı vaxtdan özü könüllü olaraq icra məmurunun yanına gəlsə də sonuncu onun axtarış nəticəsində tutulduğunu vurğulamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, hər iki icra sənədi üzrə bildiriş borcluya vaxtında verilmədiyi üçün o, icra sənədini tam icra edə bilməmiş, hazırki vəziyyətdə Şəxs barəsində daha ağır inzibati tənbehin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 48-51, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxx 1982-ci ildə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar