Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-22/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 1 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(010)-4491/2018 nömrəli qətnaməsinə əsasən, həmin Məhkəmənin 14 sentyabr 2010-cu il tarixli, 2(010)- 2113/2010 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 25 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. 25 dekabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Şəxs ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası 30 dekabr 2020-ci il tarixə, saat 15:00-a təxirə salınmış, lakin o, həmin məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təkrarən təxirə salınaraq, 06 yanvar 2021-ci il tarixə, saat 15:10-a təyin edilmiş və Şəxs yaşadığı ünvan üzrə - ünvan 1 1 nömrəli mənzilinə təkrarən məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 06 yanvar 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərardadı ilə Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmış, habelə iş üzrə icraat dayandırılmışdır. Hazırda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Şəxs məhkəməyə məcburi gətirilməsi təmin edildiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, işi ilə əlaqədar olaraq Bakı şəhərində olmadığından məhkəməyə gəlmək məcburiyyətində olduğundan məlumatsız olmuşdur. Bundan əlavə o, 2020-ci ilin dekabr ayında icra sənədi ürə yaranmış aliment borcundan tələbkara ümumilikdə 600 manat ödəniş etmiş, həmin məbləğin 500 manatlıq qəbzini müvafiq orqanlara təqdim etmiş, 100 manatlıq qəbzin surətini isə itirmişdir. Lakin lazım olduğu təqdirdə həmin qəbzi və ya 100 manat ödəniş etdiyini sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilər. Habelə ona möhlət veriləcəyi təqdirdə o, icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi üçün əlindən gələni edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu 2020-ci ilin dekabr ayında aliment borcundan tələbkara 600 manat ödəniş etdiyini bildirsə də, lakin sonuncu dəfə 2020-ci ilin mart ayında ödəniş etmiş, bundan sonra heç bir ödəniş etməmişdir. Hazırda borclunun icra sənədi üzrə aliment borcu 3.668 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(010)-4491/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2010-cu il tarixli, 2(010)-2113/2010 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 04 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(010)-4491/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. 25 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə aliment borcu 3.668 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-22/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-22/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver