Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2208/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, evdar qadın, əlilliyi olmayan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən İXM-nin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 29 aprel 2024-cü il tarixdə gəlini X4 yaşadıqları evdə stəkan və boşqab ataraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində 13 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, oğlu Dəyanətin ailəsi ilə birlikdə eyni ünvanda yaşayır, gəlini bacısı qızı olan Fatma ilə münasibətləri əvvəllər normal olsa da sonradan yersiz söz-söhbətlər üstündə və evdən çıxmalarını tələb etdiyinə görə münasibələri pisləşməyə başlamış, hətta oğlu Dəyanətlə münasibətləri nomal olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam vaxtı qızı İlkanə yanına gəldiyi üçün masa arxasında yemək yeyən zaman qardaşı Dəyanətlə söhbət edərək valideyinləri ilə mehriban davranması barədə tövsiyələrini vermiş və bir qədər sonra İlkanəni yola salıb evə qaytıdıqda Fatma yaşadığı otaqdan çıxaraq açdığı masanın üzərində olan əşyaları süfrə qarışıq yerə atıb nalayiq ifadələr işlətdiyi üçün əsəbləşrək üzərinə getmək istədikdə Dəyanət mübahisəyə müdaxilə edib əlinə xəncər alaraq başlarını kəsəcəyi ilə hədə qorxular gəlib evdən çıxmaqlarını tələb etmişdir. Fatmaya qarşı heç bir fiziki güc tətbiq etməmiş, ona heç bir xəsarət yetirməmişdir. Xəsarəti hansı şəraitdə alması ilə bağlı məlumatı yoxdur. Əlil olan həyat yoldaşı ilə birlikdə hadisə baş verən ünvanda yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, 2013-cü ildə X1 ilə rəsmi olaraq ailə qurmuş və həmin vaxtdan qeyd olunan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 12 saylı fərdi yaşayış evində yaşaymağa başlamışdır. Həmin müddətdən bir-iki il keçdikdən sonra qayınanası öz doğma xalası olan Validə və onun həyat yoldaşı Hüseynağa onların evdən çıxmağını tələb etsə də onlara fikir verməmişdir. 2022 və 2023-cü illər ərzində qayınatası Hüseynağanın hər iki ayağı kəsildiyi üçün onlar daha da aqressivləşməyə başlayaraq mütəmadi olaraq mübahisələri davam etdiyinə görə dəfələrlə bu barədə polisə məlumat verilmişdir. Yenə də həmin mübahisələrin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 20 radələrində qayınatası Hüseynağa içkili halda evə gəlib nun və həyat yoldaşının evdən çıxmağını tələb edərək ona qarşı küçə söyüşləri söydüyü üçün qarşılıq olaraq iradını bildirdikdə bu zaman qayınanası Validə masanın üzərində olan boşqabı baş nahiyəsinə vurmuş və bundan sonra yenə də sözlə mübahisə edib çay stəkanını ona tərəf atıdıqda stəkan alın nahiyəsinə dəyərək xəsarət almışdır. Mübahisələri yaşadıqları evdə baş vermiş, mübahisə zamanı evdə həyat yoldaşı, qayınanası, qayınatası və az yaşlı uşaqları olmuşdur. Qayınanası Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Hazırda aralarında heç bir barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 20 radələrində atası içkili halda evə gəlib evdən çıxmağı tələb edərək həyat yoldaşı Fatmaya qarşı küçə söyüşləri söydüyü üçün Fatma onu atasına qarşı iradını bildirdikdə bu zaman anası Validə masanın üzərində olan boşqabı Fatmanın baş nahiyəsinə vurmuş və bundan sonra yenə də sözlə mübahisə edib çay stəkanını Fatmaya tərəf atıdıqda stəkan Fatmanın alın nahiyəsinə dəyərək ona xəsarət yetirmiş və mübahisə yarandığı üçün onlara müdaxilə etmişdir. Fatma ilə anası Validə arasında heç bir barışıq olmamışdır. Dəfələrlə ailə münaqişəsi ilə bağlı polis şöbəsində şikayətləri üzrə materiallar araşdırılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 bildirdi ki, 29 aprel 2024-cü il tarixdə X7 ərizə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində eyni ünvanda yaşadığı 1-ci qrup əlil qayınatası Hüseynağa içkili halda evə gəlib evdən çıxmağı tələb edərək ona qarşı küçə söyüşləri söydüyü üçün iradını bildirdikdə bu zaman qayınanası Validə masanın üzərində olan boşqabı baş nahiyəsinə vurmuş və bundan sonra yenə də sözlə mübahisə edib çay stəkanını ona tərəf atdıqda stəkan alın nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı polis mayoru Sail Hacıyev tərəfindən 07 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsidən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunmuşdur. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Bundan başqa o, bildirdi ki, əvvəllər də baş vermiş ailə məişət zəminində mübahisələrə görə hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Məhkəmə tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli 300 nömrəli rəyinə əsasən X3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Alının səthi əzilmiş yarası və sağ gicgah nahiyəsinin şişkinliyindən ibarət xəsarətlər aşkar olunmuş, xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 may 2024-cü il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. Belə ki, iş materiallarında olan 29 aprel 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan X7 qayınanası tərəfindən döyülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan inzibati xətanın altmış yaşına çatmış qadınlar tərəfindən törədilməsi Şəxs aid edilir. Buna görə də ona inzibati həbs tətbiq edilməsi istisna olunur. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx xxxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, evdar qadın, əlilliyi olmayan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2208/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2208/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver