Məhkəmə qərarları › İş №3(010)-2210/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2210/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2210/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan şəxslərin Siyahısı”na əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən baxılır. Göründüyü kimi, həmin inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyyətinə aid deyildir, ona görə hazırkı protokola dair materialın icraata qəbul edilməsi üçün əsaslar yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisi tərəfindən 18 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq 18 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar icra olunması üçün müvafiq rayon icra şöbəsinə göndərilməli olduğu halda, səhvən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işin baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər iş üzrə qəbul olunmuş qərarın icrasının təmin edilməsi üçün protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə olan inzibati xəta haqqında material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar