Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2210/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hövsan reydində Hövsan SNB-in ərazisindən dənizə çıxması və sahildən 3.4 mil məsafədə aralanmaqla inzibati xəta törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qış aylarında balıq uzaq məsafədə olduğundan uzaq məsafəyə getmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 3-cü dərəcəli 302 nömrəli gəminin komandiri, kapitan-leytenant Xətai Cəfərli tərəfindən tərtib olunan raportun surətindən görünür ki, 302 nömrəli gəmi xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində xidmətdə olduğu zaman taxta tipli, üzərində 1 (bir) ədəd “Yamaha-75” markalı asma mühərrik quraşdırılmış “HÖ-17111” bort nömrəli qayıqla Bakı şəhərində anadan olan və Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan xx.xx.1968-ci il təvəlüdlü X2 və Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan xx.xx.1978-ci il təvəllüdlü Şəxs sahildən 3.4 mil məsafədə dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. “Nazirlər kabinetinin” xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən 3.4 mil məsafədə dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Sahil Mühafizəsinin işçisi X3 və X1 izahatlarından görünür ki, 302 nömrəli gəmi xx.xx.2025ci il tarixdə saat 09:00 radələrində xidmətdə olduğu zaman alüminium tipli, üzərində 1 (bir) ədəd “Yamaha-75” markalı asma mühərrik quraşdırılmış “HÖ-17111” bort nömrəli qayıqla Bakı şəhərində anadan olan və Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan xx.xx.1968-ci il təvəllüdlü X2 və və Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan xx.xx.1978-ci il təvəllüdlü Şəxs sahildən 3.4 mil məsafədə dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. “Nazirlər kabinetinin” xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən 3.4 mil məsafədə dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Şəxs izahatından görünür ki, 12 aprel 2025-ci il tarixdə saat 09:00 radələrində Xəzər dənizinə balıq ovuna çıxmış, sahildən 3.4 mil aralıda dənizdə balıq ovu ilə məşğul olmuşdur. Bu zaman sərhədçilər tərəfindən təyin olunmuş üzmə milini keçdiyi üçün və ya qanunla müəyyən edilmiş qaydada rejimi pozduğuna görə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi olaraq etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 571-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-2210/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2210/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver