Məhkəmə qərarları › İş №3(010)-2216/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2216/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2216/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Anar Qasımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12 avqust 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 iyun 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Olimiya” kompleksinin yaxınlığında saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Anar Qasımov tərtib etdiyi MN seriyalı ******* nömrəli 05 iyun 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 05 iyun 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Olimiya” kompleksinin yaxınlığında bir nəfər şəxs, yəni Şəxs uca səslə ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşı dərhal Şəxs yaxınlaşaraq özünü təqdim etmiş və nizam intizama dəvət etmişdir. Lakin Şəxs polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb öz qanunsuz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşı dərhal polis şöbəsinə məlumat verərək həmin şəxsi 30-cu polis şöbəsinə dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilərək barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri X2 ifadəsində bildirmişdir ki, 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Olimpiya kompleksində fiziki hazırlıq dərsində olduğu zaman bir nəfər şəxsin uca səslə ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Dərhal həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və nizam intizama dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən o, dərhal həmin şəxs barəsində komandirinə məlumat vermiş və həmin şəxsi 30-cu polis şöbəsinə dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs onun və polis xidmətində olan əməkdaşlara da tabesizlik göstərməyə davam etmişdir. Bu səbəbdən o, ərazidə xidmət göstərən post patrulu dəvət edərək həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Anar Qasımov tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 05 iyun 2023-cü il tarixli İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 200 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar