Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2217/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 avqust 1986-cı ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz evdə yaşayan, 04 iyun 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 iyun 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X6 tərtib etdiyi MN seriyalı ******* nömrəli 05 iyun 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 04 iyun 2023-cü ildə saat 18:00 radələrində Hövsan qəsəbəsində ictimai asayişi pozmaqla “Nissan” markalı avtomaşında yüksək səslə qışqıraraq keçən zaman, polis əməkdaşları avtomaşının arxası ilə dönərək saxlamışlar. Avtomaşının arxa oturacağında əyləşən iki nəfər sərnişin avtomaşından düşərək polis əməkdaşların qarşı müqavimət göstərməyə və qanunsuz telefonla çəkilişlər aparmağa başlamışlar. İki nəfər şəxs polis əməkdaşlarının dediklərinə məhəl qoymayaraq daha aqressiv hərəkət etməyə başlamışlar. Həmin şəxslər 30-cu polis şöbəsinə aparmışlar. Bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X4 ifadəsində bildirmişdir ki, 04 iyun 2023-cü ildə saat 18:00 radələrində Hövsan qəsəbəsində xidməti vəzifəsini yerinə yetirən zaman ictimai asayişi pozamqla avtomaşında yüksək səslə qışqıraraq keçən “Nissan” minik markalı 99TN388 dövlət qeydiyyat nişanlı avtomaşının arxası ilə dönərək saxlatmışdır. Avtomaşında arxa oturacağında əyləşən iki nəfər sərnişin avtomaşından düşərək ona qarşı müqavimət göstərməyə və qanunsuz telefonla çəkilişlər aparmağa başlamışlar. O, həmin şəxsləri qanuna tabe olmağa dəvət etsə də, onun dediklərinə məhəl qoymayaraq daha da aqressiv hərəkət etməyə başlamışlar. Bundan sonra o, əlavə kömək çağıraraq həmin şəxsləri 30-cu polis şöbəsinə aparmışdır. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 05 iyun 2023-cü il tarixli İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan 04 iyun 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 04 iyun 2023-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2217/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2217/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver