Məhkəmə qərarları › İş №3(010)-2218/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2218/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2218/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakları ilə, X3, 11 iyun 1972-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 33N8VS3, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 may 2025-ci il tarixdə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında qərar tərtib edilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı qərarı ilə X5 45 manat məbləğində inzibati cərimə olunmuşdur. 30 may 2025-ci il tarixdə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X5 şikayəti ərizəsini müdafiə edərək bildirmişdir ki, o, şəhərdə yaşayır, Suraxanı rayonunda qeydiyyatdadır. Maşınını 20 il əvvəl satmasına və maşını satdığı adamın idarə etməsinə baxmayaraq cərimə məbləğləri onun adına gəlir. O, 5 il əvvəldən məcbur qaldığı üçün cərimələri ödəyir. Həmin maşın qanuni olaraq onundur, ancaq baş etibarnamə əsasında satmış artıq maşını idarə etmir. O, etibarnamə əsasında satıb və həmin etibarnamənin müddəti 2015-ci ildə bitib. Etibarnamə müddəti bitibsə, həmin maşını başqa kiməsə sata və ya etibarnamə verə bilməz. O, sürücülük vəsiqəsinin məhdudlaşdırılmaması üçün 5 ildir ki məcbur qalaraq ödəyir, sonuncu dəfə cərimə məbləği 10 gün əvvəl gəlmişdir. Daha əvvəllər də məhkəməyə müraciət etmiş və cərimə qərarları ləğv edilmişdir. Odur ki, barəsində olan inzibati xəta üzrə icraata xitam verərək, tərtib olunmuş EQ 28212945 nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş baycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 28 may 2025-ci il tarixdə, “VAZ 2107” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 45 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, X5 “VAZ 2107” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 və həmin etibarnamənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi, X3 barəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 45 manat məbləğində cərimə edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, X5 inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan X5 barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında X5 inzibati məsuliyyətə cəlb edilə bilər. Verilmiş şikayətdən göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, obyektiv və tam araşdırmada həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırkı vəziyyətdə X3 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri tam araşdırılmadığından və müəyyən edilmədiyindən, mövcud hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 45 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinə göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 45 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin qəbul etdiyi 28 may 2025-ci il tarixli, EQ seriyalı 28212945 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar