Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2220/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Suraxanı rayonu Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X5 28 aprel 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X2 xx.xx.2023-cü il tarixli İXP seriyalı 329972 nömrəli protokolu ilə X4 İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 şikayət ərizəsində Suraxanı rayonu Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X5 28 aprel 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edildiyini bildirmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». İş materiallarında Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X2 X4 barəsində xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokolu mövcud olsa da, şikayət ərizəsində qeyd edilən Suraxanı rayonu Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X5 28 aprel 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mövcud deyildir. X4 qərar barədə məlumatın poçt vastəsilə onun yaşadığı ünvana 27 may 2023-cü il tarixdə daxil olduğunu bildirsə də, həmin qərar iş materiallarına əlavə edilməmiş, qərarın ona təqdim olunması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 27 may 2023-cü il tarixlə möhürlü olan zərfin içərisi boşdur və 28 aprel 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın X3 həqiqətən bu tarixdə çatması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. X4 şikayət ərizəsində qərarın 28 aprel 2023-cü il tarixdə tərtib edilməsini qeyd etmişdir, lakin şikayət isə məhkəməyə 06 iyun 2023-cü ildə daxil olmuşdur. Məhkəmə hesab edir ki, X4 şikayət müddətini ötürmüşdür. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Suraxanı rayonu Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X5 28 aprel 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X6 şikayəti geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2220/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2220/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver