Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2223/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 02 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, 25 mart 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş X3 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə, Ərşad və Murad adlı şəxslərin atasını döymələri barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin “cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabında” HK-1-də 880 sayla qeydiyyata alınaraq araşdırmanın davam etdirilməsi təhqiqatçıya həvalə olunduğundan icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, bacısı X6 iki ildir ki, Sinan Məmmədovla evlidir. Həmin vaxtdan indiyə kimi Sinanın valideynləri, Vaqif və Əzizə mütəmadi olaraq bacısı ilə münaqişə edirlər. Sonuncu dəfə 25 mart 2025-ci ildə Vaqif atası Ərşada zəng edərək onu söhbət etmək üçün evlərinə çağırmışdır. Atası Vaqif gilə getdikdən təxminən 15 dəqiqə sonra, o, da zərərçəkmişin evinə getdi. Evin qonaq otağında atası ilə söhbət edən Vaqif onun və atasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdi və bu zaman Vaqiflə aralarında mübahisə yarandı. Mübahisə zamanı o, şillə ilə Vaqifin üz nahiyyəsindən bir dəfə vurdu. Sonradan evdə olan şəxslər onu sakitləşdirdilər. Daha sonra evdən çıxaraq həmin ünvandan uzaqlaşdı. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında bildirdi ki, oğlum Sinan Bəsti adlı qızla iki ildir ki, evlidir. Bu müddət ərzində evde tez-tez Bəsti ilə aralarında mübahisə yaranırdı. 25 mart 2025-ci ildə Bəstinin atası Ərşad ilə məsələni həll etmək üçün Bəstinin atasını evə cağırdı. Bu zaman saat 18:00 radələrində Bəstinin atası Ərşad və qardaşı Murad onlara gəldilər. Evin qonağ otağında Ərşadla söhbət zamanı Murad qəflətən üz nahiyyəsindən yumruq vurdu, bundan başqa ayaqları da əzilmişdir. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 28 mart 2025-ci il tarixli 216 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “X4 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlir: X7nda sol qulaqönü nahiyənin sıyrığı və sağ ayağın alt səthinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 25 mart 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 11 iyun 2025-ci il saat 12:40-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2223/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2223/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver