Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2225/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, X1, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 08 iyun 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Zeynalov X8 Rayon Məhkəməsinin 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda aliment borcu 1330 manat borcu vardır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 protokolda göstərilənlərə uyğun izahat verərək, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycanlı, subay (vəsiqədə evli), əlilliyi olmayan, işləməyən borclu Şəxs 06.01,2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və 21 03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqıla ümumilikdə 386 ( üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmamışdan öncə X1 borclu Şəxs qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddiası üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək borcludan tələbkarın xeyrinə hər ay 386 ( üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulmasına dair müvafiq qərardadı dərhal icraya yönəldilmişdir. Adıçəkilən qərardad xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu tələbin icrasından və şöbəyə gəlməkdən yayındığından xx.xx.2022-ci il tarixdə onun gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə tələbi təmin etməsi üçün ona qanunla müəyyən edilmiş qaydada vaxt verilmişdir. Bununla əlaqədar borclu xx.xx.2022-ci il tarixdə tələbkarın xeyrinə 400 (dörd yüz) manat aliment ödənişi etmişdir. Bundan sonra borclu icra sənədinin icrasını təmin etməkdən və icra məmurunun çağırışlarına gəlməkdən müxtəlif bəhanələrlə yayınmışdır. xx.xx.2022-ci il tarixdə borclu ilə telefon vasitəsi ilə əlaqə yaradılaraq qətnamənin icraya yönəldildiyi bildirilmiş və bununla əlaqədar şöbəyə gəlməsi ondan tələb olunmuşdur. Borclu ona edilmiş çağrışa baxmayaraq o, yenə də şöbəyə gəlməmiş bu səbəbdən onun telefon nömrələrinə SMS bildirişlər göndərilmişdir Borclunun ona edilmiş çağrışlara məhəl qoymamasını, icra sənədinin icrasından yayındığını nəzərə alaraq bir neçə dəfə onun qeyri rəsmi işlədiyi “Kainat” adlı ticarət mərkəzinə baxış keçirilmişdir. Borclu onun şöbə tərəfindən axtarıldığını bildiyindən o, müxtəlif bəhanələrlə qaçaraq yayınmışdır. Sonuncusu xx.xx.2022-ci il tarixdə şöbənin rəisinin birbaşa iştirakı ilə adıçəkilən ticarət mərkəzinə qəfil baxış keçirilmiş və borclu orada saxlanılaraq şöbəyə gətirilmişdir. Borclu şöbədə olarkən onun izahatı alınmışdır. Borclu izahatında borcunu tam ödəyə bilməyəcəyini, lakin on gün ərzində ödəniş edə biləcəyini bildimişdir. Tələbkar borcun dərhal tam olaraq ödənilməyəcəyi təqdirdə borclu barəsində müvafiq protokolun tərtib edilməsini xahiş etmişdir. Aliment tələbinə dair müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra borclu tərəfindən ümumilikdə 600 (altı yüzi) manat aliment pulunun tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də, xx.xx.2022-ci il tarixə 1330 (bir min üç yüz otuz) manat borc yaranmışdır. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerini yetirmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Odur ki, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında, 280 manat məbləğində pul ödədiyini, anası xəstə olduğu üçün onu həkimə apararaq dərman aldığını, atasının və anasının işləmədiyini, bu səbəblərə görə də ödəniş edə bilmədiyini, lakin bir neçə gün vaxt verilərsə, əlavə olaraq 500 manat məbləğində pulu ödəyə biləcəyini bildirərək, məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 izahatında borclunun hər dəfəsində pulu ödəməkdən yayındığını, borcun ödənilməməsi ilə əlaqədar Suraxanı Rayon İcra Şöbəsinə dəfələrlə çağırıldığın bildirərək, borclunun pulu ödəmədiyi təqdirdə həbs edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli -ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar məhkəmə iclasına gəlmədiyini, barəsində axtarış elan edildiyini, məsuliyyətdən yayındığını nəzərə alaraq, hesab edir ki, protokolda təsvir olunanlar öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Suraxanı Rayon Məhkəməsinin 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmağla cəmi 386 manat məbləğində aliment tutularaq iddiaçı X4na ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-770\2022 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment məbləği hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və mediasıya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon icraata Məhkəməsinin 2(010)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində gğstərilən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən saat 16:40-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2225/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2225/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver