Məhkəmə qərarları › İş №3(010)-2229/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2229/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2229/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 44 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 05 iyun 2023-cü il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, hazırki iş üzrə birbaşa əlaqəli olan iş Bakı İnzibati Məhkəməsində hakimin icraatındadır. Belə ki, digər bir qərardan şikayət vermiş və həmin iş sentyabr ayına təyin edilmişdir. Həmin qərarın nəticəsi hazırki işə birbaşa təsir göstərəcək. Bundan başqa, təmsil etdiyi Şəxs hüquqi ünvanı ünvan 1in aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini və iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, iş səhvən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İşin aidiyyatı üzrə Baki şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışda Şəxs hüquqi ünvanı kimi “ünvan 2ib. Nümayəndənin bildirdiklərindən görünür ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin faktik fəaliyyəti də məhz həmin ünvanda həyata keçirilir. Belə olan halda Şəxsnə istinad olunan inzibati xəta yalnız həmin ünvanda törədilə bilərdi. Ona görə də inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən “inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar