Məhkəmə qərarları › İş №3(010)-223/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-223/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-223/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Changir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Suraxanı rayonu 31-ci Polis Bölməsinin sahə inspektoru X2, barəsində inzibati qərar çıxarılmış şəxs X10 iştirakı ilə, X10, 14 aprel 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1COFFDX, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24 yanvar 2022-ci il tarixdə X10 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarla X13 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 24 yanvar 2022-ci il tarixdə X10 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 şikayətini müdafiə edərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31ci Polis Bölməsinin 24.01.2022-ci il tarixli, EXP № ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş 24.01.2022-ci il tarixli EPQ № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. 22.01.2022-ci il tarixdə xalası X1 respirator çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Dini adət ənənəyə uyğun olaraq, o, və ailə üzvləri 22.01.2022-ci il tarixdə xalası X3 dəfn etmişdirlər. 24.01.2022-ci il tarixdə xalasının əri X6 ilə birgə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına ziyarət etmək məqsədi ilə əlaqədar başa çıxmaq üçün gəlmişdir. Xalası yoldaşının evində övladları, nəvələri və bir neçə yaxın qohumları var idilər. Ünvanda olanların hər biri ailə üzvləri idi. Bu barədə X8 arayışı vardır. Kimi evdə, kimi isə həyətdə oturmuşdular. Saat təxminən günorta 12 radələrində qəfildən həyətə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları kobudcasına daxil oldular. Onlara, hansı səbəbdən ünvana kobudcasına gəldiklərini soruşanda, onlar onlardan şəxsiyyət vəsiqələrini tələb edərək, covidlə bağlı peyvənd olub-olmamasının yoxlanılması səbəbini söylədilər. Bu çox qəribə və anlaşılmayan bir haldır. O, evində anasının dünyasını dəyişməsinin kədərini yaşadığı halda, polis əməkdaşı ünvana zorla girib, onun və yaxınlarının qeyri qanuni covidini yoxlayırlar. Harada görünüb ki, sakit vətəndaşın evinə, məhkəmənin qərarı olmadan kobudcasına daxil olub, onunla belə davransınlar. Nə o, nə də onun ailə üzvləri və evdə olan bir iki xalası uşaqları heç bir qanunsuz iş görmədiyi halda polis əməkdaşları onların dediklərinə məhəl qoymayaraq, Onların şəxsiyyət vəsiqələrini götürüb; əllərində olan telefon vasitəsi ilə şəxsiyyət vəsiqələrinin şəkillərini çəkdilər. Sonradan xalası oğlu X7 zorla, heç bir əsas olmadan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirdilər. Bir neçə saatdan sonra xalasının oğlu evə qayıtdı. Bu barədə ondan polis əməkdaşları məcburi izahat almaq istəsələr də, o, faktiki günün necə olması barədə izahat verməyə başladı, polis bölməsinin polis kapitanı Müqəddəs adlı əməkdaş onunla kobud rəftar edib, onun dediyi sözlər üzrə izahatının verilməsini tələb etdi, o, onun dediyi kəlmələri izahata yazmadığı üçün, verdiyi izahatı imzalanmamış yarımçıq saxlayaraq, ona bütün qohumlarının cərimə ediləcəyini qərəzli söylədi. O, 31-ci Polis Bölməsini tərk etdikdən bir saatdan sonra ona və qohumlarına cərimələndiyi barədə mobil telefonlarına sms-lər daxil oldu. Qeyd edir ki, o və qohumları 24.01.2022-ci il tarixdə xalasının əri ilə birgə yaşadığı Bakı şəhəri, ünvan 2 evinə dünyasını dəyişmiş xalasının acısını sakitləşdirmək üçün yuxarıda qeyd etdiyi kimi on beş nəfərə yaxın bacı və qardaşları yığışmışdırlar. Onlar heç bir yas məclisi təşkil etməmiş, cərimələnən şəxslərin hər biri ailə üzvü və yaxın qohum olduğu buna bir sübutdur. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin onun, ailə üzvlərinin, yaxın qohumlarına tərtib etdiyi bütün protokol və qərarlar qanunsuzdur. O və yaxın qohumları Suraxanı RPİ-nin 31ci Polis Bölməsinin barələrində tərtib etdiyi protokol və qərardan narazı olduğu üçün, rəsmi ərizə ilə 31-ci Polis Bölməsinə müraciət edərək, ərizədə adları sadalanan şəxslərin inzibati tənbeh edilmələri barədə protokolların surətinin ona və yaxınlarına rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. 31.01.2022-cil tarixdə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin ona və yaxın qohumlarının hər birinə barələrində tərtib edilmiş protokol və qərarın surətini təhvil verdi. Protokol və qərarları aldığı zaman imza çəkib aldığı günün tarixini qeyd etmək istəyəndə vacib olmadığı onlara söylənildi. O, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən onun barəsində tərtib etdiyi inzibati xəta haqqında EXP № ******* nömrəli, 24.01.2022-ci il tarixli protokolunun və inzibati tənbeh vermə haqqında EPQ № ******* nömrəli, 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsi üçün, yerli məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, o, tərtib edilmiş, protokolda qeyd olunmuş maddənin tələblərini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinin ona heç bir aidiyyəti yoxdur və Suraxanı RPİ-nin 31ci Polis Bölməsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında EXP № ******* nömrəli, 24.01.2022-ci il tarixli protokol və inzibati tənbeh vermə haqqında EPQ № ******* nömrəli, 24.01.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməm haqqında Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında EXP № ******* nömrəli, 24.01.2022-ci il tarixli protokolunun və “inzibati tənbeh vermə haqqında” EPQ № ******* nömrəli, 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı rayonu 31-ci Polis Bölməsinin sahə inspektoru X4 izahatında ünvan 2 ünvanın qarşısında 20-dən daha çox avtomobil gördüklərini, darvazanın ağzının açıq olduğunu və yas mərasimin keçirildiyini görərək, həmin ünvana daxil olaraq, iştirak edən vətəndaşlara inzibati qaydada protokol tərtib etdiklərini bildirmişdir. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6, 2.6.1-2.6.3-cü maddələrinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; Ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; Ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; .....Qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır; Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır. Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. X13 isə şikayətinə 24 yanvar 2022-ci il tarixdə yas mərasiminin keçirilməməsinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X10 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X13 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan 24 yanvar 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X10 şikayəti rədd edilməli, 24 yanvar 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X10 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar