Məhkəmə qərarları › İş №3(010)-2231/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2231/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2231/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin direktoru X4 iştirakları ilə, Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən Şəxs barəsində xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs (Muffin Cafe) işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X5 tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Vətəndaş müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək əmək müqaviləsi olmadan işə cəlb edilmiş və şifahi halda razılaşdırılmış əmək haqqından ona ödənilməyən hissə ilə bağlı tələb irəli sürmüşdür. Araşdırma zamanı şəxsin izahatı alınmış və detallı şəkildə bildirmişdir ki, işə qəbul olmuş, həmin aralıqda işlərin görülməsinə cəlb edilmiş, lakin həmin müəssisədə işçilərin əsassız olaraq cərimələnməsi və iş yükünün yaxşı olmaması səbəbindən işdən ayrılmaq istəmişdir. Ona aylıq 600 manat məbləğində işləməyə razılaşmış və aşpaz vəzifəsində işləmişdir. O, Şəxs MMC adına işə girmiş, lakin “Muffin Cafe”də işləmişdir. Ona sentyabr ayında 13 gün işlədiyi günün 260 manat əmək haqqısının ödənilmədiyi bildirilmişdir. Sistemlə axtarış keçirildiyi vaxt şəxsin Şəxs MMC və ya Muffin Cafe ilə bağlanmış hər-hansı müqaviləsinin olmadığı müəyyən edilmişdir. 20 noyabr tarixində çağrı mərkəzi vasitəsi ilə müəssisənin təsisçisi ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, şəxs sınaq müddətində işə cəlb edilmiş və əmək müqaviləsi bağlanılmamışdır. Əmək müqaviləsi bağlanılmadan sınaq müddəti tətbiq edilə bilməz. Bu barədə müvafiq çıxarış protokola əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Hüquqi şəxsə münasibətdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nə əsasən hüquqi şəxsə münasibətdə inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyinə görə məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq da hüquqi şəxsin direktoru barəsində də inzibati tənbehvermə barədə qərar tətbiq edilmişdir. Vətəndaş tərəfindən həmin qərardan şikayət verilmiş və məhkəmə qaydasında araşdırılma aparılmış, xidmətin qərarı ləğv olunmuş və araşdırma üçün yenidən xidmətə göndərilmişdir. Hüquq dairəsi qərarla razılaşmayaraq apellyasiya şikayəti vermiş, iş Apellyasiya Məhkəməsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə xidmətin apellyasiya şikayəti təmin edilmiş, xidmətin inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmışdır. Hüquqi şəxsin məsuliyyəti vəzifəli şəxsin hərəkətləri nəticəsində yaranır. İXM-nə əsasən əgər xidmət üzərinə düşən vəzifəni müvafiq qaydada icra edib göndərirsə və şəxsin iştirakı təmin olunmursa, onun iştirakı olmadan baxıla bilər. Onlar müraciət məktubları ilə yanaşı ən birinci ünsiyyət üsulları ƏMAS-dır. Həmçinin, ƏMAS-da link yerləşdirilir, məsələn, şəxsə müraciət məktubu çatdırılır, ancaq iştirak etmək istəməsə belə, videokonfrans vasitəsi ilə qoşula bilər. Elektron sistemə yerləşdirilmiş linkə və göndərilmiş məktuba cavab gəlmədiyi üçün onun iştirakı olmadan baxılmışdır. Şəxsin ilkin verdiyi izahatla sonradan verdiyi ərizə arasında ziddiyyət var. Bu səbəbdən onun ilkin izahatı nəzərə alınmışdır. Çünki ilkin izahatında ətraflı məlumat vermiş, hətta maaşının məbləğini belə bildirmişdir. Şəxs iyul ayından iki ay müddətində 600 manat məbləğində maaş aldığını, sentyabr ayından isə 260 manat əmək haqqı almadığını bildirmişdir. Deməli daha əvvəldən orada işləyib. Şəxslə əmək müqaviləsi bağlanılmadığı üçün əmək kartı verilməmişdir. Vətəndaş müraciətləri onlayn şəkildə daxil olur və hər biri barəsində inzibati xəta ilə münasibətdə qərar qəbul edilmir. Adətən sənədlərdə yetərsizlik olduqda, hüquqi şəxs tərəfindən sənədlər təqdim edilmədikdə müraciət dayandırılır, vətəndaşa da bildirilir. Bu işlə əlaqəli çağır mərkəzi ilə əlaqə saxlanılıb, ƏMAS-da linklər yerləşdirilib, qarşı tərəf reaksiya vermədikdə hüquqi şəxs tərəfindən sənəd alına bilmir. Sahibkarlıq sahəsində yoxlanılmalar dayandırıldığına görə yerində baxış keçirmək də mümkün olmur. Vətəndaş tərəfindən də belə sənədlərin, videogörüntünün təqdim edilməməsi normal haldır. İlk müraciət xx.xx.2024-cü il tarixdə olub, sonradan vətəndaşa sorğu göndərilib və gələrək izahatı ətraflı alınıb. Bu protokola münasibətdə məhkəməyə verilib, qərar qəbul edilməyib. Ona görə də qeyd olunan halları və Apellyasiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etməyinizi xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin direktoru X7 izahatında bildirdi ki, onlar barəsində şikayət olunmuş, lakin onlar dəvət edilmədən, izahatları alınmadan icraat aparılmışdır. O, restoranın ünvanı və kənardan görünüşü barədə fotoşəkil təqdim edərək bildirdi ki, onlara Əmək Müfəttişiliyi tərəfindən 300 manat məbləğində cərimə tətbiq edilmişdir. O, qaynar xətlərlə əlaqə saxlaya bilmədiyi üçün Əmək Müfəttişliyini getmiş, onlardan soruşduqda Əmək Müfəttişliyi onlara dəfələrlə məktub göndərdiyini, ancaq adresin tapılmadığı bildirilmişdir. Fotoşəkildən görünən restoranın tapılmaması mümkün deyil. İlk dəfə onunla əlaqə saxlayanda o, şikayət etmiş şəxsin çağırıldığını və razılaşmadıqlarını bildirmişdir. Həmin şikayət edən şəxs özü notariusda ərizə yazaraq MMC-də işləmək üçün rayondan gəldiyini, ancaq işə götürülmədiyini, hazırda MMC-dən və ondan heç bir şikayəti olmadığını bildirmişdir. Lakin Xidmət onları çağırıb ətraflı araşdırma aparmadan ikinci dəfə cərimə etmək istəyir. O, 2 müəssisəsi olduğunu, 30-40 işçisi olduğunu, hər ay 1000 manat VÖEN-ə DSMF-yə ödədiyini bildirdi. Mustafayev Anar heç apellyasiya məhkəməsinə də çağırılmamış, daha əvvəl birinci instansiyada da materiallara baxılaraq geri qaytarılmışdır. Telefon danışıqlarının da heç bir hüquqi əhəmiyyəti yoxdur, şəxs sınaq müddəti üçün dəvət edilmiş ancaq razılaşdırılmamışdır. Anar Mustafayev ərizədə ətraflı olaraq yazıb ki, rayondan gəlmiş, iş barədə danışmışlar, razılığa gələ bilməmişlər, həmin 3 gün ərzində Bakıda qaldığı üçün xərcini MMC-dən tələb etmiş, həmin məbləği vermədikdə Xidmətə şikayət etmişdir. İşə götürlməmə səbəbi də şəxsin MMC-ni qane etməməsi olmuşdur. Şəxsin 4 ay orada işlədiyini bildirirlər, ancaq orada işlədiyi müddəti sübut edəcək hər hansı foto, sənəd, video görüntü təqdim edilmir. Qeyd edilmiş ƏMAS-dan da heç bir sorğu onlara göndərilməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış, tərtib edilmiş protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi və Şəxs ünvanına göndərilməsinə dair heç bir sənəd əlavə edilməmişdir. Məhkəməyə yalnız xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol, inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərardad və Şəxs MMC-yə ünvanlanan bildiriş göndərilmişdir. Beləliklə qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala Şəxsnə ünvanlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolun tərtib edilməsində iştirakı barədə bildiriş əlavə edilsə də, lakin həmin məktubun Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə əsasən Şəxs MMC-nin ünvanına göndərilən həmin bildiriş çatdırılmasına dair hər hansı qəbz və yaxud xəbərnamə əlavə edilməmişdir. Həmçinin həmin bildiriş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən imza edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi və ya göndərilməməsi barəsində inzibati xəta Şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Bunda əlavə Şəxs nümayəndəsi Nail İsmayılov protokola etiraz edərək, bildirmişdir ki, X5 notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, bildirmişdir ki, ona ERHAŞ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətində işə götürüləcəyini bildirərək onu rayondan Bakıya çağırdılar və çəkəcəyi bütün xərclərin qarşılanacağını bildirdilər. Bu səbəbdən müəyyən qədər xərc çəkərək Bakıya gəlmiş və müəyyən müddət Bakıda qalmış ancaq onu işə götürmədilər və o, onların müəssisəsində əmək fəaliyyətinə cəlb edilmədi. Ona görə də onların barəsində əmək müfəttişliyinə şikayətini bildirdi. Hazırda Şəxsndən və onun direktoru X2 heç bir şikayəti yoxdur. Məhkəmə arşdırılması zamanı müəyyən edilmişdir ki, X5 notarial qaydada təsdiq olunmuş ərizəsindən sonra A.Mustafayev yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə dəvət olunmayıb, ərizədə göstərilnə halların araşdırılması üçün ondan yenidən izahat alınmamış, ümumiyyətlə verilmiş ərizəyə inzibati orqan tərəfindən diqqət yetirilməmiş, hər hansı hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar