Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2233/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, protokolları tərtib edən orqan tərəfindən tərtib edilmiş protokola qüsur aktı, mötəbər sübutlar əlavə edilməmiş və protokolda işin faktiki halları göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, sadalanmış hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması nəzərdə tutulur. İş materiallarını araşdırarkən zərərçəkmiş şəxsin əmlakına – maşınına zərər vurulsa da, zərər barədə qüsur aktı və ya zərərin məbləği barədə qiymətləndirmə rəyi, mötəbər sübut protokola əlavə edilməmişdir. Odur ki, məsələ tam araşdırılmadan, mötəbər sübutlar əlavə edilmədən tərtib edilmiş protokol natamam hesab olunmalıdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Suraxanı RPl-nin Dövlət X1nə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material Bakı şəhəri Suraxanı RPlnin Dövlət X1nə geri qaytarılsın. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2233/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2233/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver