Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2241/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Hüquq şöbəsinin müdiri X1 iştirakı ilə, Hüquqi şəxs ATEF şirkətlər qrupu MMC-nin idarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 05 iyun 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Hüquq şöbəsinin müdiri X2 izahatında göstərmişdir ki, vəzifəli şəxs Şəxs daimi yaşadığı və qeydiyyatda olduğu ünvan Nərimanov rayonunda yerləşir. Yəni, material məhkəmə aidiyyətinə görə Nərimanov rayon Məhkəməsinə göndərilməli idi. Qeyd etdiklərini nəzərə alaraq, "xxxx" MMC-nin vəzifəli şəxs olan Şəxs Talib oğlu barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati protokolun və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması və ya aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda materialın Nərimanov Rayon məhkəməsinə göndərilməsi göstərilmiş və 11 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati qərarın icraya yönəldilməsini təsdiq edən hər hansı bir sübut iş materialına əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC elektron qaydada məhkəməyə ərizə və vəsatət göndərərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi 30 may 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-də vəzifəli şəxs olan Şəxs Talib oğlu barəsindəki inzibati tənbeh vermə haqqında olan materialın aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəzifəli şəxs Şəxs daimi yaşadığı və qeydiyyatda olduğu ünvan Nərimanov rayonunda yerləşir. Yəni, ərizə məhkəmə aidiyyətinə görə Nərimanov rayon Məhkəməsinə göndərilməli idi. Belə ki, İnzibati Prosesual Məcəllənin 8-ci maddəsində məhkəmə aidiyyəti müəyyənləşdirilərkən, belə nəzərdə tutulmuşdur ki, (Maddə 8.1.4) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda, olduğu yerin və ya axırıncı yaşayış və ya olduğu yerin məhkəməsinə göndərilir. Digər 8.2ci maddəyə əsasən isə, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin vəzifəli şəxs olan Şəxs Talib oğlu barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ya aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Şəxs Talib oğlu məhkəməyə elektron qaydada portal göndərmiş və həmin portalda onun qeydiyyat ünvanı ünvan 3. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən barəsində protokol tərtib olunmuş şəxsin hüquqi ünvanı düzgün müəyyən edilməmiş, protokolda şəxsin ünvanı Nərimanov rayonu qeyd olunsa da, hüquqi şəxsin ünvanı üzrə protokol göndərilmiş, həmçinin inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardadda işin baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilməsi qeyd olunmuş, bundan başqa 11 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarın hansı tarixdə icraya yönəldilməsi, eləcə də cərimənin ödənilməli olması barədə Şəxs məlumatının olubolmaması ilə bağlı zəruri sübut materiala əlavə edilməmiş, o cümlədən ATEF şirkətlər qrupu MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında məhkəmə qərarının olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi iznibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər natamamdır, həmçinin inzibati orqanin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyində görə qeyd olunan nöqsanların aradan qaldırılması mümkün olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımı qaydada icra etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106, 109, 128 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs ATEF şirkətlər qrupu MMC-nin idarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş 29 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim : Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2241/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2241/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver