Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2242/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 900 (doqquz yüz) manat miqdarında cərimə edilmişdir. X3 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən verilmiş MN seriyalı ******* saylı 16 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 26 may 2025-ci il tarixində aldıqları üşçün həmin qərardaddan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tərəflərindən buraxılmamışdır. Məlumat üçün bildirmək istəyir ki, "xxxx" MMC-nin Marşrut xəttlərinin idarəedilməsi şöbəsində sürücü vəzifəsində çalışan X8 06 fevral 2025-ci il tarixində marşrut xətti üzrə xidməti vəzifələrinin icrası zamanı Cəmiyyətin daxili əmrini və vəzifə təlimatını kobud şəkildə pozaraq sükan arxasında avtobusla hərəkətdə olarkən mobil telefondan istifadə etmişdir. X1 qeyd edilən hərəkəti törətməsi ilə bağlı müvafiq qaydada izahatı alınmış, adı qeyd edilən işçi öz izahatında sükan arxasında olarkən qeyd edilən hərəkəti törətdiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri və Cəmiyyətin nizamnaməsi rəhbər tutulmaqla sürücü inzibati tənbeh vermə qaydasında məsuliyyətə cəlb edilmiş və 200 manat (aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq) cərimələnmişdir. Digər işçi X10 isə 29 iyul 2024-cü il tarixində müvafiq marşrut xətti üzrə xidmətdə olan zaman idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusu zədələmişdir. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0683 saylı Zərər Aktına əsasən **-JS-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity” markalı avtobusa 27,14 (iyirmi yeddi manat 14 qəpik) manat maddi zərər dəymişdir. Dəymiş ziyan sürücü ilə Cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən həmin ziyan məbləği əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq qaydada sürücünün əmək haqqından tutulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 06 may 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən işçi tam məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını öz boynuna götürür. Bununla yanaşı qeyd edilən maddənin a) bəndinin şərtlərinə əsasən işçi ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmağı, eyni zamanda heç bir halda maddi dəyərlilərə ziyan gətirməməyi, maddi ziyan vurulduğu təqdirdə əmək haqqından və son haqq-hesabdan tutulmasına razılıq verməyi öz öhdəsinə götürmüşdür. 29 iyul 2024-cü il tarixində avtobus depoda təhvil verilən zaman mexanik avtobusun В12 hissəsinin zədələndiyini aşkar etmiş, aşkarlanan zədə barəsində 008953 nömrəli akt tərtib etdiyi zaman işçi X10 qeyd edilən aktı imzalamaqdan imtina etmişdir. Baş vermiş hadisə ilə bağlı işçidən izahat alınması üçün ona məlumat verilsə də, qeyd edilən şəxs izahat yazmağa gəlməmişdir. İşin faktiki hallarına dair bütün sənədlər vəzifəli şəxsə inzibati tənbeh verilməsi haqqında qərarı qəbul edən X7 təqdim olunsa da, qeyd edilən orqan təqdim edilən sənədlərdə göstərilənləri və işdə olan materialları görməzlikdən gəlmişdir. Qeyd edilən qərarı qəbul edərkən vəzifəli şəxsin AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edərkən bunun hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Maddənin mətnindən göründüyü kimi işçinin əmək haqqından müvafiq məbləğin tutulduğu hallar işçinin yazılı razılığının tələb olunduğu hallardır. Ancaq vəzifəli şəxsin cərimələndiyi halda isə işçini əmək haqqından müvafiq tutulmalar aparılmamış, hesablanmış olan cərimə məbləği və dəymiş olan zərər tutulmuşdur. Həmin 175-ci maddənin 2-ci bəndində qeyd edilənlərə əsasən işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulur. Qeyd edilən maddənin tələblərindən də göründüyü kimi işçi tərəfindən işəgötürənə ziyan vurulduğu hallarda qeyd edilən tutulma işçinin razılığı əsasında yox, işəgötürənin sərəncamı əsasında aparılır ki, "xxxx" MMC tərəfindən də işçinin əmək haqqından dəymiş olan ziyan bu şəkildə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin tələblərinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İstinad edilən maddənin dispozisiyasından da göründüyü kimi işçi tərəfindən vurulan ziyan (ki, bizim halda bu 27,14 (iyirmi yeddi manat 14 qəpik) manat təşkil edirdi) işçinin orta aylıq əmək haqqından çox deyildirsə, onun tutulması üçün işəgötürənin sərəncamı (əmri və ya qərarı) əsasında aparılır. Hadisədə də işçi X6 əmək haqqından tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən dəymiş olan zərər işəgötürənin əmri əsasında tutulmuşdur. Əgər tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən hesablanmış olan zərər tutulmayacaqsa və bunun üçün işçinin razılığı tələb olunacaqsa, o zaman tam maddi məsuliyyət haqqında müqavilə imzalamağın nə əhəmiyyəti qalır? Bundan başqa X1 əmək haqqından tutulmalar onun əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarının tələblərini pozması nəticəsində olmuşdur ki, yuxarıda qeyd edildiyi kimi bununla bağlı işçinin izahatı da alınmışdır. "xxxx" MMC kimi Bakı şəhərinin nəqliyyat infrastrukturunda mühüm rol oynayan bir müəssisədə işçinin əmək funksiyalarının icrası zamanı səhlənkarlığa yol verərək mobil telefondan istifadə etməsi və belə bir halın müəssisə tərəfindən nəzarətdə saxlanılmaması, işçi barəsində müvafiq ölçünün götürülməməsi müəssisədaxili qaydaların pozulmasıdır ki, gələcəkdə də belə bir halların təkrarlanmasına yol aça bilər. Bundan başqa bildirmək istəyir ki, işçinin yol verdiyi kobud pozuntuya görə cərimələnməsi, ancaq bu cərimələnmənin icra edilməməsi AR Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd edilənlərin icrasını mümkünsüz hala gətirəcəkdir. Yəni işçi barəsində tətbiq edilən cərimə məbləğinin tutulması ilə bağlı məsələni AR Əmək Məcəlləsinin 175.1-ci maddəsində qeyd edilənlərə uyğun olaraq işçinin razılığına bağlı saxlasa, o zaman AR Əmək Məcəlləsinin 186 və 187-ci maddəsində qeyd edilənlərin icrasını mümkünsüz hala gətirəcək və ya qeyd edilən maddənin tələblərini əhəmiyyətsiz edəcəkdir. O zaman işçi təbii ki, buna razılıq verməyəcək və cərimənin tutulması ilə bağlı əmrin icrasını həyata keçirtmək mümkün olmayacaqdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X11 məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X2 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X3 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X2 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşdə olan mövcud sübutlardan göründüyü kimi X2 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X3 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 900 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X3 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2242/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2242/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver