Məhkəmə qərarları › İş №3(010)-2244/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2244/2025

09.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2244/2025 09.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əliyev Məhərrəm Elçin oğlunun katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1999-cü il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində 09 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir (İXM 206). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs narkotik vasitədən istifadə etmiş, bu barədə müvafiq ekspert rəyi verilmişdir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi faktı eyni zamanda onun özü tərəfindən də etiraf edilmişdir. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü narkotik vasitə istifadə etməkdə təqsirli bilərək qeyd etdi ki, o, yalnız narkotik vasitədən ara-sıra istifadə etmişdir. Həmçinin onu soyğunçuluq etməsi ilə əlaqədar şübhəli şəxs qismində Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. Əməlindən pemandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs İXM-in 206-cı mаddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Zaur Eyvazovun raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru İnal Hüseynəliyev tərəfindən Şəxs barəsində tərtib edilmiş raport HK-1/1683 sayda qeydiyyata alınaraq icraatına qəbul edilmiş və tərəfindən araşdırılması davam etdirilmişdir. Məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanının qarşısında X1 qarşı bıçq çıxararaq 48 manat pulunu almaqla quldurluq edən xx.xx.1999-cu il təvəllüdlü Şəxs əməkdaşlar tərəfindən saxlanılaraq 30-cu Pş-nə gətirilmiş Narkoloji müayinəsində keçdikdən sonra həmin tarixdə adları qeyd olunan Şəxs Azərbaycan Respublikası Narkoloji Mərkəzindən keçirilmiş sidik analizlərindən aşkar edilmiş və müayinə zamanı Şəxs sidiyindən müsbət (MET, AMP, THC() müsbət aşkar edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3386 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+),MET (+), AMP (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Şəxs xx.xx.2024-cü ildən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmuşdur. Belə ki, həmin maddəyə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müəyyən edərkən onun narkotik vasitənin yalnız istehlakında təqsirli bilindiyini, buna baxmayaraq ekspert rəyinə əsasən narkoloji asılılığının olması və narkoloji mərkəzdə qeydiyyatda olduğunu, həmçinin onun yaşını və səhhətini, özünün də qəbul etdiyi kimi narkotik maddə istifadə etmə halının olduğunu nəzərə alaraq, Şəxs təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 20 gün müddətində inzibati həbs edilməsi nəticəsinə gəlir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı mаddəsi ilə təqsirli bilinib, bаrəsində 20 gün müddətində inzibаti həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in sadalanan mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar