Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2253/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X3 iştirakı ilə, 21 iyul 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 06 iyun 2023cü ildə saat 23.30-dan etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsindən daxil olmuş 07 iyun 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 04 may 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s ərazisində yerləşən “Çinar” aptekdən “Frisko” firmasına məxsus 1 ədədinin qiyməti 32 manat olan 3 ədəd uşaq yeməyini gizli yolla oğurlamışdır. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, X2 06 iyun 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə ərizə ilə müraciət edərək 04 may 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən mühasib işlədiyi “Çinar” aptekdən naməlum şəxs(lər) tərəfindən “Frisko” firmasına məxsus 1 ədədinin qiyməti 32 manat olan 3 ədəd uşaq yeməyinin gizli yolla oğurlandığını aşkar edərək baş vermiş hadisə ilə əlaqədar ümumilikdə 96 manat maddi ziyanın dəyməsini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs 06 iyun 2023-cü il tarixdə müəyyən edilərək saxlanılmışdır. Şəxs izahatı alınaraq oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı Ruslan Mirzəliyevin 07 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, X1 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xəta olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən müvafiq tədbir görülməsi qərara alınmışdır. Həmçinin iş materiallarında olan 06 iyun 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 06 iyun 2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 iyun 2023-cü il saat 23.30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2253/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2253/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver